Cəlilabad Suvarma Sistemləri İdarəsinin fəaliyyətsizliyi böyük fəlakətlərə yol açır
Cəlilabada “Azərbaycanın Ukraynası” da deyirlər. Bu rayon keçən əsrin əvvəllərindən indiyədək kənd təsərrüfatının müxtəlif sahələrində, xüsusi ilə də taxılçılıqla bağlı öndə olub. Torpağının məhsuldarlığı, insanlarının zəhmətkeşliyi sayəsində Cəlilabadda məhsuldarlıq həmişə yüksək olub. Təkcə bir faktı qeyd edim ki, 1995-1996-cı illərdə taxılın məhsuldarlığı 45-50 sent arasında olub. Bu isə Almaniya, Fransa, Kanada kimi ölkələrlə müqayisə ediləcək səviyyədə yüksək göstərici sayıla bilər. Daha doğrusu, sayıla bilərdi...
Bu il isə Cəlilabadın əksər kəndlərində dənli bitkilərin (İstər buğda, istərsə də arpa) məhsuldarlığı yox dərəcəsindədir.
Hətta o dərəcədə ki, kənd sakinləri taxıl sahəsini mal-qaraya otlaq sahəsinə çevirmək məcburiyyətində qalıblar. Bunun nə demək olduğunu il boyu ümüdünü taxıla bağlamış kəndlidən başqa heç kəs bilə bilməz.
Bəs səbəb nədir? Səbəblə bağlı “xeberinfo.com”a maraqlı məlumatlar daxil olub. Sən demə bu il Cəlilabadda dənli bitkilərlə bağlı məhsuldarlığın bu dərəcədə zəifliyinin başlıca səbəbi rayon Suvarma Sistemləri İdarəsinin yumşaq desək işinin öhdəsindən layiqincə gələ bilməməsidir. Doğrudur, Cəlilabadın dəmyə (Suvarılmayan) torpaqları da çoxdur. Necə deyərlər “yağmadı yağış, bitmədi qamış”.
Cəlilabad Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ilə bağlı redaksiyamıza həm ictimaiyyətin, həm də aidiyyatı təşkilatların marağına səbəb ola biləcək məlumatlar daxil olub. Öncədən qeyd edim ki, biz məlumatlara aydınlıq gətirmək məqsədi ilə Cəlilabad suvarma sistemləri idarəsinin rəisi hörmətli Mirdaməd Məmmədovla əlaqə yaradıb onu da dinləmək istədik. Təəssüf ki, dəfələrlə cəhdimizdən sonra aydın oldu ki, idarə rəisi ilə danışmaq şərəfinə nail olmaq mümkün olmayan bir zaddır. Bu səbəbdən də əldə etdiyimiz məlumatlarla bağlı hələlik geniş yaza bilmirik. Nə isə...
“Yağmadı yağış, bitmədi taxıl”
Məlumata görə Cəlilabad Suvarma Sistemləri İdarəsinin fəaliyyəti elə hər il belə imiş ki, var. Sadəcə olaraq ötən illərdə Tanrının qisməti olan yağış bu idarənin və idarənin rəisi Mirdaməd müəllimin “ayıbları”nı yuya bilirmiş. Bu il isə yağış olmadı. Nəticədə, ... rayonun əksər suvarılan ərazisi (Cəfərxanlı, Üçtəpə, Bədirli, Alıqasımlı, Ocaqlı, Alar, Sabirabad və s. kəndləri) susuz qldı. Hələ əski sovetlər dönəmindən bu kəndlərə müvafiq su kanalları çəkilib və ilk illər kəndlilərin dadına da çatıb. Amma xüsusi ilə son illərdə bu kanallardan suyun axmasını görən olmayıb. Bəlkə də Mirdaməd müəllim lazımı sənəd-sünədlərdə bu suyu axıdıb, hətta “bəhrə”sini də görüb.
Kənd sakinlərinin dediyinə görə dəfələrlə Mirdaməd müəllimə xahiş-minnət edib, kömək istəyiblər. Söhbət sadəcə suvarma sistemləri idarəsi rəisinin vəzifəsini normal icra etməli olmasından gedir. Amma bu olmayıb, nə kəndlilərin həyacan təbili, nə də hökumətimizin ərzaq təhlükəsizliyi ilə bağlı məlum addımları Mirdaməd Məmmədovu “qış yuxusu”ndan oyatmayıb. Müxtəlif ünvanalra şikayətlər də nəticəsiz qalmaqdadır. İndi əlacsız kənd sakinləri Yezidi xatırlayıb, goruna...
Bu məqamla bağlı qarşıdakı günlərdə ətraflı yazmağa çalışacağıq.
Adı olub, özü olmayan texnika və ştatlar
Qeyd etdiyim kimi, Cəlilabad Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ilə bağlı redaksiyamıza geniş məlumat verilib. Məlumatın bir qismi də idarədə adı olub, özü olmayan texnika və ştatlarla bağlıdır. Belə ki, idarənin müxtəlif texnikalarının əslində görməli olduqları işlə deyil, “xaltura”ya qurşanmaları haqqında məlumatlar dolanır. İdarənin həyətində 5-3 sınıq-salxaq texnikadan başqa bir nə isə görmək olmaz. Bütün işlək texnikalar isə rayonun müxtəlif ünvanlarında məlum prinsiplərə uyğun özfəaliyyətdədir. Sözsüz ki, Mirdaməd müəllimin xeyir-duası ilə... Hər günün, hər ayın öz qiyməti, öz dəyəri var.
Cəlilabad Suvarma Sistemləri İdarəsində “ölü canlar”la da bağlı ziddiyyətli məlumatlar dolanır. Məlumata görə idarədə de-yure 100-dən çox ştat olsa da, de-fakto 15-20 işçidən söhbət gedə bilər. Əksəriyyət isə idarə rəisi ilə centlimen razılaşmasında bulunub, maaş kartlarını... Mənbəmiz bu məqamla da bağlı konkret məlumatlar verdi.
İdarənin Firdovsi adlı əməkdaşı isə Mirdaməd Məmmədovun “sağ əli” sayılır. Özünü “mən idarədə heç kiməm” deyə qələmə verən Firdovsi müəllimin özfəaliyyəti də xüsusi mövzudur.
Qarşıdakı günlərdə lazımı araşdırmalarla mövzunu davam etdirməyə çalışacağıq. /xeberinfo.com/

Комментариев нет:
Отправить комментарий