SIĞMAZ BU SİRR BİR KİTABLIQ YAZIDA...
Günlər vardı nağıllara yozmalı,-
Yollar vardı dumanında azmalı.
İllər vardı ömür-günə yazmalı...
Özgə olduq doğma bəxtə, itirdik.
Nələr oldu könlümüzə yatmayan?-
Bilməz idim, əllərimiz çatmaya.
Saray qurdum, çovğun-boran batmayan,
Bircə addım qaldı taxta, itirdik.
Yenə seçdim daş-kəsəkli bir yolu,-
Qaya oldu, dərə oldu sağ-solu.
Elə yağdı göy üzündən qar-dolu,
Yolu, izi çıxhaçıxda itirdik.
Ötəcəkmiş günlər hədər, il hədər,-
Göz də yumdum günahlara nə qədər.
Yalan imiş o yazdığım şeirlər?
Danışmayaq heç bu haqda, itirdik.
Pozularmış qismət olan yazı da,-
Sığmaz bu sirr bir kitablıq yazıda.
Qışa döndü yer üzünün yazı da,
Bel bağladım günə, bəxtə...itirdik.
YALANÇI BAHARDAN ƏL ÇƏKİB GEDƏK
Arzunun yolları düyün, tapmaca,-
Bu sirri, düyünü indi kim aca?
Gümana əl açdı bu həyət-baca...
Belə suallardan əl çəkib gedək.
Qar yağdı...üşüdük, ya donduq, bəsdi,
Ağrıya-acıya göz yumduq bəsdi.
Taledən, ömürdən pay umduq, bəsdi...
Nahaqq intizardan əl çəkib gedək.
Duyduq, - dünyanın da iki üzü var,-
Gördük saçımızda qarın izi var...
Deyəsən qışın da bizdə gözü var,
Daha bu yollardan əl çəkib gedək.
Bu yer üzünün də hanı yuxusu?-
Günlərin, ayların dərdsə çoxusu...
Duymayan nə bilir ürək ağrısı?-
Bu azar-bezardan əl çəkib gedək.
Buluddan qurulub günəşin çətri,
Gülün nəfəsi yox, çiçəyin ətri.
Doğru bil dediyim beş-altı sətri,
Yalançı bahardan əl çəkib gedək.
GEDİN, DEYİN XAN ÇOBANA...
Körpü qoymadıq gümana,-
Qarışdı sinmaz sınana.
"Gedin, deyin Xan Çobana",
Bu sel o sellərdən deyil!
Duman yaylığını sərib,
Ot yerinə daş göyərib.
Bir deyil, beş deyil qərib,-
Bu el o ellərdən deyil.
Görməyənlər yalan bilər,-
Bu çəməndə olan bilər,
Suya həsrət qalan bilər,-
Bu gül o güllərdən deyil.
Dağ-daşı dindirsən dinər,-
Ömür yüz yerə bölünər.
Yollar uman ələ dönər,
Bu əl o əllərdən deyil.
Dözsən, günün il olacaq,
Baxsan, gözlərin dolacaq.
Sevsən, odun kül olacaq,-
Bu yer o yerlərdən deyil.
"Gedin deyin Xan Çobana",
-Bu sel o sellərdən deyil!
Günlər vardı nağıllara yozmalı,-
Yollar vardı dumanında azmalı.
İllər vardı ömür-günə yazmalı...
Özgə olduq doğma bəxtə, itirdik.
Nələr oldu könlümüzə yatmayan?-
Bilməz idim, əllərimiz çatmaya.
Saray qurdum, çovğun-boran batmayan,
Bircə addım qaldı taxta, itirdik.
Yenə seçdim daş-kəsəkli bir yolu,-
Qaya oldu, dərə oldu sağ-solu.
Elə yağdı göy üzündən qar-dolu,
Yolu, izi çıxhaçıxda itirdik.
Ötəcəkmiş günlər hədər, il hədər,-
Göz də yumdum günahlara nə qədər.
Yalan imiş o yazdığım şeirlər?
Danışmayaq heç bu haqda, itirdik.
Pozularmış qismət olan yazı da,-
Sığmaz bu sirr bir kitablıq yazıda.
Qışa döndü yer üzünün yazı da,
Bel bağladım günə, bəxtə...itirdik.
YALANÇI BAHARDAN ƏL ÇƏKİB GEDƏK
Arzunun yolları düyün, tapmaca,-
Bu sirri, düyünü indi kim aca?
Gümana əl açdı bu həyət-baca...
Belə suallardan əl çəkib gedək.
Qar yağdı...üşüdük, ya donduq, bəsdi,
Ağrıya-acıya göz yumduq bəsdi.
Taledən, ömürdən pay umduq, bəsdi...
Nahaqq intizardan əl çəkib gedək.
Duyduq, - dünyanın da iki üzü var,-
Gördük saçımızda qarın izi var...
Deyəsən qışın da bizdə gözü var,
Daha bu yollardan əl çəkib gedək.
Bu yer üzünün də hanı yuxusu?-
Günlərin, ayların dərdsə çoxusu...
Duymayan nə bilir ürək ağrısı?-
Bu azar-bezardan əl çəkib gedək.
Buluddan qurulub günəşin çətri,
Gülün nəfəsi yox, çiçəyin ətri.
Doğru bil dediyim beş-altı sətri,
Yalançı bahardan əl çəkib gedək.
GEDİN, DEYİN XAN ÇOBANA...
Körpü qoymadıq gümana,-
Qarışdı sinmaz sınana.
"Gedin, deyin Xan Çobana",
Bu sel o sellərdən deyil!
Duman yaylığını sərib,
Ot yerinə daş göyərib.
Bir deyil, beş deyil qərib,-
Bu el o ellərdən deyil.
Görməyənlər yalan bilər,-
Bu çəməndə olan bilər,
Suya həsrət qalan bilər,-
Bu gül o güllərdən deyil.
Dağ-daşı dindirsən dinər,-
Ömür yüz yerə bölünər.
Yollar uman ələ dönər,
Bu əl o əllərdən deyil.
Dözsən, günün il olacaq,
Baxsan, gözlərin dolacaq.
Sevsən, odun kül olacaq,-
Bu yer o yerlərdən deyil.
"Gedin deyin Xan Çobana",
-Bu sel o sellərdən deyil!
Комментариев нет:
Отправить комментарий