Страницы

02.06.2014

Hacıbala Abutalıovdan məcburi köçkünlərə: «Siz kişi deyilsiniz»

Bakı şəhər İcra Hakiməyyətinin başçısı qaçqın və köçkünlərə ağır təhqirlər yağdırıb

Bu gün Bakı şəhər İcra Hakiməyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda 6 rayonun qaçqın və köçkün ailələri ilə görüş keçirib. Görüş analoqu olmayan qalmaqalla bitib.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər İcra Hakiməyyətinin başçısı qaçqın və köçkün ailələrini ağır şəkildə təhqir edib. Qaçqın və köçkün ailələrinin etirazına qarış isə Hacıbala Abutalıbov qadınların üzərinə hücum edərək onlara qarşı təhqiramiz ifadələr işlədib. Bundan sonra isə münaqişəyə polis müdaxiləsi olub.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, görüş zamanı qaçqın və köçkünlərin şikayətini dinləyən Bakı şəhər İcra Hakiməyyətinin başçısı əsəbiləşərək bildirib ki, qaçqınların Bakı şəhərində yerləşməsi kökündən yanlış olub. Bundan sonra isə Bakının meri etik normalara sığmayan ağır ifadələr işlədib.
Sitat: «Siz qaçqınlar kişi deyilsiniz. Kişi olsaydınız torpağınızı verib üstümüzə gəlməzdiniz. Sizinlə arvadlarınız arasında fərq yoxdur. Sizin Bakıya buraxılmanız kökündən yanlış olub».
PİA.AZ-a daxil olan məlumata görə qaçqınların etirazı qarşısında Hacıbala Abutalıbov onların üzərinə hücum çəkərək təhqiramiz ifadələr işlədib. Bundan sonra yaranan qarşıdurmaya polis müdaxiləsi olub. Hacıbala Abutalıbov polis qoruması altında görüş yerini tərk edib.
Qeyd edək ki, qalmaqalla bağlı Bakı şəhər İcra Hakiməyyətinin mövqeini öyrənməyə çalışsaq da, istəyiməzə nail ola bilmədik. 
Qarşı tərfin mövqeyini dərs etməyə hazırıq… /newpress.tv/

Комментариев нет:

Отправить комментарий