Страницы

06.06.2014

Livan Hizbullahı prezidentin təyin edilməsinə təkid edib


Livan Hizbullahı Baş katibinin müavini bu ölkə konstitusiyasının çərçivəsində prezident təyin edilməsinin üzərində təkid edib.
Şeyx Nəim Qasim vurğulayıb: Livandakı qüdrət tarazlığı barəsində razılığa gəlinməmiş bir prezidentin təyin edilməsinə icazə vermir.

Şeyx Nəim Qasim əlavə olaraq deyib: Müqavimət və müqəddəs müdafiə Livan üçün sərhədlərin mühafizə edilməsini eləcə də quruculuğu bu ölkə üçün ərməğan gətirib. Ona görə də müqavimət olmasa düşmənlər Livan nailiyyətlərini sarsıldacaqlar.
Livan Hizbullahı baş katibinin müavini əlavə olaraq deyib: Bu ölkədə qüdrət sektorunun daha da gücləndirilməsinin yeganə yolu Livanda barəsində razılığa gəlmiş bir prezidenti təyin etməkdir.
Livanda Qərb yönümlü 14 mart koalisiyasının prezident təyin edilməsi ilə əlaqədar görüşlərdə livanlı qüvvələr partiyasının sədri Səmir Cəcəin namizədliyinə israr etməsi artıq ölkəni siyasi boşluğa sövq etdirən əsas amillərdən biri olub.
Livanda siyasi qrup və cinahlar, eləcə də bu ölkə xalqı Səmir Cəcəin namizədliyinə etiraz edirlər.
Səmir Cəcə 1994-cü ildə Livanda vətəndaş müharibəsi dönəmində törədilən cinayətlərdə, xüsusilə də 1987-ci ildə Livanın sabiq baş naziri Rəşid Kəramının qətlə yetirilməsində ittihamlanaraq 3 dəfə edama məhkum edildi, lakin bu edam hökmü ömürlük həbs cəzası ilə yüngülləşdi və nəhayət Cəcə həbsdən azad edildi. Parlamentin prezidenti təyin etməkdəki səylərinin məğlubiyyətlə üzləşməsi və Mişel Süleymanın hakimiyyəti dövrünün başa çatması ardınca son bir neçə gündə Livanda siyasi boşluq baş qaldırıb.
Belə ki prezidentin olmaması ucbatından dövlətin fəaliyyəti müxtəlif problem və maneələrlə üzləşib.
Belə bir vəziyyətdə Livan parlamentinin sədri Livanın növbəti prezidentinin təyin edilməsinə dair 6-cı iclasın təşkilini 2014-cü il 9 iyun keçirilməsini istəyib.
Şübhəsiz Livanda siyasi boşluğun uzanması bu ölkədə siyasi iqtisadi və ictimai sahələrdə hərc-mərcliyin yaranmasına səbəb olacaq. Bu da livanlılar arasında ciddi nigaranlıqların yaşanmasına səbəb olub.
Livan rəsmiləri bu ölkədə siyasi sabitliyin bərqərar edilməsi və etimadın yaranması üçün Livanda prezidentin olmaması probleminə son qoyulmasını dəfələrlə vurğulayıblar. Onların fikrincə Livanda prezidentin təyin edilməsi daxili bir məsələdir ona görə də xarici dövlətlər bu məsələyə müdaxilə etməməlidirlər.
Mövcud vəziyyətdə Hizbullah Hərəkatının məsul rəsmilərinin Livanda prezident təyin edilməsi ilə bağlı məntiqli mövqeyi bir daha məfkurənin diqqətini Livan Hizbullahının demokratik və xəlqi strategiyasına sövq etdirib.
Hizbullah Hərəkatının məsul rəsmilərinin Livanda barəsində razılığa gəlinmiş bir prezidentin təyin edilməsi üzərində təkid etmələri bu xəlqi qurumun digər qruplarla əməkdaşlıq etməyə, eləcə də Livanın daxili işləri ilə bağlı qərar almalarda bütün mülahizə və fikrilərə böyük önəm verməsini göstərir.
Belə bir vəziyyətdə həmişə bu ölkə məfkurəsini əks etdirən Livan Hizbullahı Livanın növbəti prezidentinin müqavimətə böyük önəm verməsinin vacibliyini vurğulayıb. Müqavimətin artıq düşmənlərin intriqa və uydurmaları qarşısında Livanı mühafizə etməkdəki rolu həmişə böyük olub, ona görə də Livan xalqı arasında sosial bazasını itirməyibdir. Xüsusilə də Sionist rejimin tapdağı altında olan bəzi ərazilərin azad etməsi hələ də fikirlərdən silinməyib. /aran.irib.ir/

Комментариев нет:

Отправить комментарий