Страницы

09.07.2014

Dərd Müşfiqin dərdidi

Zaur Məmmədov

Hər kəs Sabirabaddan danışır, nədənsə Müşfiqabadın adını çəkən yoxdur.
Müşfiqabad haqqında verilən suala belə Sabirabad deyə cavab verirlər. 
Xəsarət alanlar Müşfiqabadda, amma Sabirabaddakını faciə olaraq göstərirlər.
Sabirabad bazarında gilas davasını müzakirə edənlər, məsciddə olunan İSİD sayağı hücumu heç açmırlar. 
Müşfiqabadda ölkənin əsas sayını təşkil edən şiəlik təkfir edilibsə, Sabirabadda fərdi küçə davası təsvir edilib. 
Sabirabadda ilk dəfədir ki, belə bir şey olub, amma Müşfiqabadda bənzər hadisələr hər dəfə yaşanır. 
Sabirabad köklü yerdir, odur ki qəti təhlükə yoxdur və gözlənilmir. Amma Müşfiqbadda hər gün potensial təhlükə mövcuddur. 

Müşfiqabadda baş kəsmək üçün səbirsizlənən şüur yetişir, amma Sabirabadın kəsməyə sadəcə qarpızı var. 
Sabirabadda Sabirlərə şair, Müşfiqabadda Müşfiqlərə zındıq və kafir deyilir. 
Abadlıq bəhanəsi ilə bərbad edlən Sabirə və Müşfiqə yanıram. Deyirəm görəsən onlar özləri olsaydı bu məsələyə necə qiymət verərdilər? 
Mən bildiyim Sabirə desəydilər ki, Sabirabadda gilas alanın saqqalını dilini farağat saxlamadığı üçün qırxıblar, təəssüfünü bildirib keçərdi. Amma Müşfiqə desəydilər ki, uğruna canını verdiyin millətin dönüb artıq sənə zındıq deyən (sələfi) olub məsciddə iftar süfrəsi dağıdır, o üsyan edərdi. 
Yenə də Sabirin işi asandı, dərd Müşfiqin dərdidi. 
Allah onlara rəhmət eləsin!

Комментариев нет:

Отправить комментарий