Dünyadakı təbii sərvətlər bütün canlılara yetəcək səviyyədə olsa da, təəssüf ki, bəzi ölkələrdə məhsullardan israfçı istifadə, bəzilərində isə sərvətlərdən səhv istifadə nəticəsində itən məhsuldarlıq (torpaq və dəniz sularının kimyəvi çirklənməsi və yararsızlaşması kimi hallar) dünyada məhsul və su qıtlığına gətirib çıxartmışdır.
İsrail başda olmaqla quraqlıqdan əziyyət çəkən bir çox ölkələr bu problemlərin öhdəsindən texnoloji uğurlar sayəsində gəlsələr də, məhsuldarlığın bol olduğu ölkələrdə tullantıların artması və aşırı kimyəvi çirklənməni nəzərə alsaq təhlükəli bir gələcəyə getdiyimizi düşünmək olar. Qərbin yeritdiyi aşırı və nəzarətsiz, bəzən isə kortəbii şəkildə sənaye istehsalı dünyanın, həttə ABŞ-ın özündə də zəhərli, yaşamaq üçün təhlükəli olan bölgələr yaradıb. İstehsaldan gələn gəlirlər ziyanları minimuma endirməyə yetsə də, dünyada belə bir vəziyyətin yaradılması əvvəldən planlaşdırılmış, məqsədli bir yön kimi görünür. Lakin, əksər hallarda təhlükə yaşadığımız ərazidə olsa belə, biz bunun fərqində olmur, ya da önəmli saymırıq.
Qərbin kortəbii sənayesinin gətirdiyi çirkləndirmə və qida çatışmazlığı ən iyrənc şəkillərdə insanlara unutdurulmağa çalışdırılır. Dünyanın hazırkı istehsal sahəsi “Sabun köpüyü” effektinə uyğun şəkildə aparılır. Qidalar süniləşdirərək insanların doyuzdurulmasına yön alan və sağlamlığı təhlükə altına qoyan həddədir. Təhlükəli dərəcədə çox yeridilmiş karbohidratlarla zəngin olan qidalar insanlara həm də şüuri təsirləri də göstərir ki, bu da əsasən “fastfood” qidalarda və rəngli içkilərdə beyinə xoşbəxtlik bəxş edən, bir növ “kiçik dozalı narkoçiklər” sayılan maddələrdir ki, dünyanın bazarlarına maneəsiz yol aça bilir. Bütün bu qidalardan daha təhlükəlisi isə onların qablaşdırılmasında istifadə olunan plastmasdır. Bəzən sənayedə plastmaslar heç bir sağlamlıq göstəriciləri nəzəra alınmadan təkrar-təkrar istehsal olunur və zəhərləməni ən son həddə çatdırır.
Bu tip qidalar insanlarda ilk növbədə bolluq təsuratı yaradır. Sənaye sahəsi eynən sabun köpüyü kimi parlaq və iri görünsə də, içəridən boş bir hava ilə dolmuş kütlədən başqa bir şey deyil. Məsələnin ən ziyanlı tərəfi isə bayaq vurğulandığı kimi, bu cür qidalanmanın insan şüuruna təsiri və xəstəliklər yaratmasıdır. İkinci və üçüncü dünya ölkələrində kobud şəkilədə yeridilməkdə olan bu tip qida tərzi insan ömrünün azalmasına və genetik xəsətliklərə də səbəb olur. Sadə və bir qədər kobud dildə desək, kasıb ölkə sakinləri tədricən zibbillə qidalanaraq özünü xoşbəxt hiss edən və istismarçılar tərəfindən asanlıqla istifadə olunan əşyalara çevrilir. Onları qədim dövlərdəki kimi qamçılayaraq işlətməyə ehtiyac yaranmır, insanlar xoşbəxt hala salınaraq özləri də hiss etmədən qul kimi işlədilir.
Əsasən də ABŞ-ın istismar etdiyi ölkələrdə yaydığı “fastfood” şirkət şəbəkələri içərisində ən məşhuru olan McDonalds birbaşa olaraq dövlətlərin hüquq-mühafizə orqanlarının nəzarəti altında qorunur. Hətta belə ölkələrdə mitinqlər zamanı polislərin və digər dövlətə tabe güc strukturlarının digər şirkət binalarını deyil, məhz McDonaldsın binalarını dövlət binası kimi qoruması yazdıqlarıma açıq sübutdur. Belə yerlərdən gələn maliyyənin hansı yöndən xərclənməsi maraqlı olsa da, təəssüf ki, bu yöndə geniş bir araşdırma aparmaq vaxtına sahib olmadığımdan məsələnin üstündən keçməli olacam.
Belə qidaların təhlükə mənbəyi olması açıq şəkildə sübut olunsa da, maraqlısı budur ki, insanları məhsulların tərkibi haqqında məlumatlandırmaq əvəzinə onların hansı şəraitdə hazırlandığına diqqət çəkirlər. Misal üçün, sizə coca-cola içkisinin tərkibi haqqında məlumat verməsələr də, onun necə təmiz şəraitdə, əl dəymədən hazırlandığını reklam edərək fikrinizi əsas məsələdən yayındıra bilirlər. Reklam “Sabun köpüyü” sənayesinin əsas dayağı sayılır. İnsanlara məhsulu dəyərindən qat-qat yüksək göstərilməsi və təbliğ edilməsi KİV-lər vasitəsi ilə aparılan reklam siyasətinə sıx bağlanır. Reklam sizə təhlükələri unutdurmaq bir yana, təhlükəni gözəl bir şey kimi göstərir. Bu daha çox ona bənzəyir ki, hansısa zibili əl dəymədən, təmiz bir şəraitdə hazırlayıb insanlara verirsən və bunu gözəl bir şey kimi gözə soxmağa çalışırsan. Bu tip qidalara qatılan süni dadlar isə insanlarda daha tamahkar vəziyyət yaradır, məhsulların daha çox satılmasını, insanların daha çox zəhərlənməsini təmin edir.
https://rahimsaliyev.wordpress.com/2015/05/13/s%C9%99nayed%C9%99-sabun-kopuyu-effekti-acligimizi-nec%C9%99-unutdururlar/
Комментариев нет:
Отправить комментарий