İraq Türkmən Cəbhəsinin lideri, İraq parlamentinin üzvü Erşad Salihi İŞİD-in hücumundan qurtulmaq istəyən türkmənlərin atdığı addımlar haqda şok açıqlama verib. Publika.az-ın məlumatına görə, Azərbaycan əsilli deputatın bildirdiyinə görə, İŞİD türkmən bölgələrini ələ keçirir və türkmən qadınlarını qaçırdır.
E.Salihi bildirib ki, İŞİD Telafer və Mosulu ələ keçirdikdən sonra şiə türkmənləri qaçmağı ən düzgün yol gördülər: “Amma hazırda sünni türkmənləri İŞİD zülmü altındadır. Lakin onlar qaçmaq istəmirlər. İŞİD türkmən coğrafiyasını hədəfə alıb. Orda kim olursa olsun, məzhəbi nə olursa olsun, hər kəsi məhv edir. Telaferdə çox pis bir vəziyyət yaşanır. İŞİD heç kimin dininə, məzhəbinə baxmır. İndi sünni türkmənlər də İŞİD-in əlindən qaçmaq istəyir, amma İŞİD imkan vermir. Mənə sünni türkmən tayfasının ağsaqqallarından biri zəng etdi. Dedi ki, iki qızını öz əli ilə zəhərləyərək öldürüb ki, İŞİD-in əlinə keçməsinlər. İŞİD onun qızlarını almaq istəyib, o da buna məcbur qalıb”.
E.Salihi qeyd edib ki, İŞİD-ə qarşı hava hücumları azdır. Onun sözlərinə görə, qurudan da hücumlara başlanmalıdır: “Hava qüvvələri hər yeri vura bilməz. Sadəcə, çöllərdə düşərgələri vururlar. Quru qoşunları da hücuma keçərsə, ikisi bir-birini tamamlayıb İŞİD-i bitirə bilərlər. Bunun üçün də mütləq bir ordu lazımdır, yaxud da bölgədəki xalqı silahlandırıb hücuma keçməliyik”, – deyə türkmən lider “Əl-Cəzirə”yə danışıb.
E.Salihi İŞİD-in ən çox türkmənlər üçün problem yaratdığını qeyd edib.
Комментариев нет:
Отправить комментарий