Nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək. Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb. Qəzet yazır ki, əslində Ziya Məmmədovla bağlı başlayan proses hakimiyyətdəki “oliqarx ovu” planının tərkib hissəsidir. “Ziya Məmmədovun "vurulması" ilə bağlı müxtəlif səbəblər göstərir. Bəzi məlumatlara görə, o, Beynəlxalq Bankdan 500 milyon manat kredit götürdüyünə görə, başqa xəbərlərə görə isə nazir baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqəyə görə “vurulur”.
Əslində Ziya Məmmədovun “vurulması” hakimiyyətdəki oliqarxlarla üzülüşmək planından irəli gəlir. Ölkədə iqtisadi böhranın hökm sürdüyü bir ərəfədə hakimiyyətin zirvəsində imtiyazlı və iddialı məmurlar təhlükə kimi görülür. Ziya Məmmədov baş nazir olmaq iddiaları var idi. Bundan başqa o, iqtisadi imperiyaya, mediaya, qoçu dəstələrinə malik bir məmur idi. Hakimiyyətin zirvəsində düşünürlər ki, bu cür məmurlar hər an ciddi təhlükəyə çevrilə bilər. Bu baxımdan onların sıradan çıxarılması, ən yaxşı halda zəiflədilməsi məqsədəuyğun sayılıb”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, Kəmaləddin Heydərov da Ziya Məmmədov həm böyük gücə malikdir, həm də böyük iddiaları olan məmurdur. Mənbə ölkə başçısı Ilham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetində keçirdiyi iclasda idxalda monopoliyanı açıq mətnlə vurması əslində Kəmaləddin Heydərovun da sıradan çıxarılacığının mesajı sayıla bilər.
Təsadüfi deyil ki, Ilham Əliyevin bu çıxışından sonra deputat Yevda Abramov “idxal mafiyası”nı “vurub”. O, bildirib ki, Rusiya tərəfi Azərbaycana istənilən qədər məhsul gətirməyə icazə verir. Amma Azərbaycan sərhədindən 10 kq-dan artıq məhsul keçirməyə qoymurlar: “Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il ”Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRI dövrünün tədarük məntəqələri bərpa edilsin”.
Deputat Fəzail Ağamalı da həmkarının fikirlərinə dəstək verib. Deputat deyib ki, Azərbaycana idxal olunan məhsulların kimlərin razılığı olmadan keçirilə bilmədiyini yaxşı bilir: “Azərbaycan xalqı qabiliyyətli xalqdır. Ona imkan verilsə, problemlərini özü həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, Azərbaycan əleyhinə koalisiyasının tərkibində yer alır”.
Ölkədə idxalın Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil. Güman ki, Fəzail Ağamalı və Yevda Abramov da bunu bilir. Bu halda onların səsləndirdiyi fikirlərin müstəqil mövqe olduğunu düşünmək sadəlövhlük olardı.
aztoday.az

Комментариев нет:
Отправить комментарий