Страницы

21.10.2015

MTN-də şantaj olunan sahibkar dəhşətli faktlar danışdı

“Məni şantaj edib 250 min manat pul alan MTN-çilərlə bağlı şikayətimi vəkilim hazırlayıb Baş Prokurorluğa təqdim edəcək” – bu sözləri iş adamı Maqsud Mahmudov deyib. O, video mühsahibəsində MTN-ə aparılması, orada hansı üsullarla şantaj edilməsinin təfərrüatlarını da açıqlayıb.
M.Mahmudov barəsində yazılanların da doğru olduğunu qeyd edib. Həmin saytda M.Mahmudovun başına gələnlər haqda təqdim olunan yazıda deyilir: “Bu ilin iyulun 4-də iş adamına zəng gəlib, özünü MTN-nin əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da MTN-nin Antiterror İdarəsinə gəlməsini tələb edir. İş adamı deyilən saatda nazirliyə gəlir, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edir. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparırlar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayır. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, bu polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, daima Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan. Daha sonra polkovnik otağı tərk edir və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdır, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edir. İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-ın üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq. Biznesmen bu zaman 250 min manat olmadığını deyir və 3 saat orada saxlanılır. Ondan tələb olunur ki, 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq. Qeyd edilir ki, əgər bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq. Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-nin məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı notariat kontorunda gerçəkləşdirilir”. /Musavat/

Комментариев нет:

Отправить комментарий