Həmid Herisçi
2008-ci ilin gecikmiş baharı bizim məhəlləyə elə bir acı mənzərəylə gəldi ki, vallah, gördüklərim məni lap çaşdırdı, diksindiyimdən hələ də özümə gələmmirəm. Baharın ilıq nəfəsi, yenicə cücərmiş yaşıl tumurcuqlar, uşaqların şən səsi-bütün bunlara «unudaq!» deyirəm, şahidi olduğum bir başqa mənzərəyə, icazənizlə, diqqətinizi yönləndirmək niyyətindəyəm…
Yalançının zatına lənət- gördüm ki, isti Ərəbistan çöllərində yolunu azaraq Bakıya gəlmiş yapa-yalnız bir çəyirtkə balası, kommunizmin məğlub qırmızı bayraqlarını xatırladan al qanadlarını açmağa zəif cəhdlər göstərə-göstərə gəlib qonub bizim daş səkilərin biri üstə, günəşin isti şüalarından lap meyxoş olub, baharın dadını çıxara-çıxara, köhnə sovet insanları kimi xoşbəxt bir həyat yaşayır buralarda. Şellənir ee özüyçün!
Həmin gözəl mənzərənin tam əksinə olaraq, həyatın oğraş dramaturgiyası gör nə vəd edir hamımıza!- bizim xarabaqalmış binanın yuxarı mərtəbələrində şıltaq, «ayağısürüşkən» qızcığaz yaşayır, o da baharın ilıq nəfəsindən bihuş olub, o da çıxıb bahar günəşinin sarı şüaları altına- bayaqdan onu səbirsizliklə gözləyən «Mersedes»in qapısını açıb cəld içəri atılır, bəlkə də hamımızı bezdirmiş «Azəristar» müsabiqəsinə tələsir… Mühərrik işə düşüb təkərlər xışıltıynan fırlanan andaca qulağıma bir başqa səs də gəlir- eyvay, yazıq zavallı çəyirtkə həmin təkərlərin altında qalıb xəşilə çevrildi axı deyəsən!
Bəli, Ərəbistandan gəlmiş çəyirtkənin, neynək, yazla sevişmək arzusu gözlərində qaldı, ay zəhrimar, bəli, bu müəssər oldu bizim binada yaşayan ayağısürüşkən bir fahişəyə…
Yaxşı, bu mənzərəylə mən barışmalı, baharın bax bu cür «yeniləşdirdiyi» dünyada öz ömrümü çürütməliyəm bəyəm? O ki, xoşbəxtliyi, elə lap özünü, bir küçə əxlaqsızlığına hədiyyə edib, biçarə çəyirtkəni həyat dəftərindən sildi axı…
İnanımmı mən, böyük rəmzi məna daşıyan bu acı həyat mənzərəsinə?
İnansam, gərək day, şərr qarşısında boyun əyəm.
Yox, mən təbiətin bu kiçik mənzərəsinə deyil, böyük Allaha inanacam yalnız.
Belə daha düzgün olar deyirəm…
***
Bəli, neynək, mənimçün bu yeni bahar fəsli, bayaq dediyim həmin mənzərəylə başlayaraq, sözün qısası, yaxşılıq baxımından mənə heç nə vəd etmir-çəyirtkə üzərində qələbə çalan fahişə gözəlçə, deyəsən, üz tutduğu «Azəristar» müsabiqəsi nədi?- elə lap böyük siyəsət meydanında da tam qələbə çalacaq, tüpürəcək bizlərin atabatasının həm goruna, həm gönünə, həm könlünə!
Bu il, hə, nəinki çox zay bir mənzərəylə başladı mənimçün, üstəlik, həm də bir çox faciəli olaylarla davam etdi- Qafqaz dağlarında gürcü-rus savaşı alovlandı, balanslı xarici siyasətimiz rəhmətə getdi, Bakı-Ceyhan neft kəməri partladı, xülasə, indi, dərdimiz bir deyil, iki deyil, dünya mətbuatı da sözlərimi can-başla təsdiqləyər-lap çaşmışıq, özzüm ölüm!
Digər məsələ- bu yaxında təzəcə qələmə aldığım «Sülhməramlılar» yazımla əlaqədar xaricdən- deyəsən İsveçrədən- bir zəng gəldi mənə, zəngedən kəs, köhnə İran qeneralı Derəxşəninin uzaq qohumlarındanıydı, dedi ki, bəs, siz yazıbsız bizim babamız 1977-ci ildə, Tehranda həbs olunmuş sovet kəşfiyyat şəbəkəsinə daxil imiş, ancaq, unutmayın-bizim babamız, 1945-ci ildə Pişəvəri hakimiyyəti ələ alarkən, qəsdçilərə qarşı güllə atmamağı əmr edib Təbriz qarnizonundakı öz əskərlərinə, bütün silahlarını təhvil verib üsyançılara, təslim olma müqaviləsinə imza atıb…
Telefon dəstəyindəki əsəbi səsə artıq qulaq asmadan öz-özümə düşündüm: «işə bax bir, general Derəxşani- 1945-ci il Təbriz qarnizonunun rəisi, hələ o vaxtlar sovetlərə işləyirmiş- əclaf şah lap fil qulağında yatıbmış ki… gec ayılıb, onu QRU cəsusi kimi, bir başqa əməllərinə görə yalnız 1977-ci ildə həbs edərək güllələyib! Özü də harda həbs etsələr onu yaxşıdı, hə?- Tehrandakı sovet səfirliyinin qapısı önündə! »
Hə, rəhmətlik atam Qafar Kəndli o vaxt öz mauzerini nahaq yerə həmin generalın tərli gicgahına dirəyibmiş-Derəxşəni, sən demə, təslim olmağa çoxdan hazır imiş…
Yox, çox da sevindirmədi bu zəng məni, bəli, yatmış yaddaşım silkələndi, bircə anlığa 45-ci ilə səyahət edib tez də indikiyə qayıtdım, bildim ki, qoca tarix öz növbəti sirlərindən birini açsa da mənimçün, nooolsun!-yenə də kədərliyəm.
İşdi əgər, böyük sirlərə qəfildən agah oldunuzsa - təcrübəmə inanın!- həmin qiymətli anlarda, görəcəksiz, təbiətin özü də sanki birdən-birə təlatümə gəlib yerindən oynayır- ağacların qədim kökləri nərə çəkib öz buxovlarından azad olmaq istəyir, gözlənilmədən göydə şimşək çaxır, pencərə açılır, pərdəsi çıxır eşiyə, divarlarda çat əmələ gəlir… Hə, mən də, sanki bayağı hind filmlərində olduğu kimi, belənçik dəqiqələr yaşadım əlimdəki telefon dəstəyini bərk-bərk sıxa-sıxa… Telefondakı Həmin səs davam edirdi: «ruslar o vaxt Təbrizdən çıxmaq istəmirdilər, ancaq Amerika prezidenti Trumen bərk əsəbləşərək 1946-cı ilin martında Stalinə iki həftə vaxt verdi öz ordularını geri çəkməyə, hədə-qorxu gəldi ona-«əks halda, sizə qarşı atom silahından istifadə edəcəm!»… Həmidağa, biləsiz, o sənədin bir nüsxəsi məndə var, lazım olsa…»
Həmin səs qulaqlarımda cingildəyib yenə də eşidilməz oldu, təzədən özümə qapandım, bu dəfə sanki qoca tarixin özü dilə gəldi mənimçün-«bəli, o vaxt, atom bombası Yaponya üzərinə həqiqətən, Təbriz üzərinə isə məcazi mənada yağdırıldı, siz, tale baxımından, atom bombardmanı qurbanlarındansız, şəkilləriniz Xirosima şəhidləriylə bir sıraya salına bilər… İndi isə, Amerika İranı yenidən bombardman etmək istəyir, deyəsən bu dəfə məcazi deyil, həqiqi atom silahından istifadə ediləcək Təbrizdə… Bununla da, tarix öz həqiqətinə gəlib yetişəcək…»
Hə, indi dərk edirəm neyçün o bayaq dediyim çəyirtkə «mersedes»in təkərləri altında qalmalıymış…
***
Bütün bunlar atamla mənim öz sirlərimizdi, lakin mən istərdim ki, təkcə öz «sirlər xəzinə»mə sahib çıxmayım, qoca tarixin, lap elə indiki dövrün üstüörtülü mətləbləri də agah olsun mənə, sənə, hər birimizə. Nə maneçilik törədir ki, buna?-heç nə! Maşallah, noolub ee yaşadığımız indiki tarixə, onun qatı açılmamış sirləri istədiyin qədərdi, götür, öyrən, vaxt çatmaz ee onları beynində həzm etməyə. Vaxt!
Bu gün mən belə bir vaxtı özümçün ayırıb, üzv olduğumuz QUAM qurumunun görünməyən tərəfləri barədə sizlərə söhbət açmaq istəyirəm.
GUAM TAPMACASI. «Sirlər xəzinə»sinə girən hər bir şəxs, tilsimini açmaq istədiyi hadisənin, ilk növbədə gizli, əsl adını öyrənməlidir. İslam elmində, məsəlçün deyilir ki, biz, uca Allahın yalnız 99 sifətinə, keyfiyyətinə bələd ola bilərik ancaq-Allahın adı isə bir dənədir, heç kim də bilmir onu. Mason lojasına qəbul edilənlər, ilk olaraq təzə ad alırlar özlərinə, yad qulaqlara ondan xəbər tutsa, vaxsey, həmin masonun qanı getdi, yazığı it kimi qovacaqlar üzv olduğu lojadan. Başımıza minbir bəla açmış indiki siyasət lahiyələrinin, o cümlədən, QUAM təşkilatının əsl adını bilsək əgər, buna axır ki müəssər olsaq, bir çox gizli mətləblərin zahiri qatı əriyəb qeybə çəkiləcək bizimçün-bunu yəqin bilin! Dartışdığımız mövzunun müzakirəsinə alman filosofu Xaydeqqeri dəvət etsək məsələ lap aydınlaşar bizimçün. Xaydeqqerə qədərki filosoflar belə hesab edirdilər ki, adına «metafizika», yəni, islamı dillə danışsaq «gözəgörünməz irfan aləmi», Platonun «ideyalar» mağarası» insan aləmindən kənarda mövcud ola bilər yalnız, vəssəlam! Xaydeqqer isə sübut etdi- «insanın sahib olduğu dil, elə metafizia aləminin fizikaya keçididir. Bu fəlsəfi cəhət, xüsüsən isimlərə aiddir. Beləliklə, irfan aləmi, metafizika çoxdan fiziki dünyada öz həyatını sürür».
Beləliklə, biz qarşımıza ayrıca bir məqsəd qoymuşuq-QUAM-ın gizli, tam məxfi adını tapmaq. Allah köməyimiz olsun, görək, nail ola biləcəyikmi biz buna.
***
Polşa dövlətini 20-ci əsrdə pərpa etmiş general Yozef Pilsudskidən başlamaq istəyirəm öz sirli söhbətimi-əvvəllər sosialist, sonra millətçi olmuş bu tarixi sima, uzun müddət bolşevik imperiyası ilə savaşdı, hətta, işə bir bax, ağqvardiyaçıların, fransız, britaniya generallarının öhdəsindən gələ bilmədiyi mübariz Qızıl Ordunu belə, 1920-ci ildə, Varşava ətrafında ağır məğlubiyyətə duçar etdi də. Təkcə əsir düşmüş qızılqvardiyaçıların sayı 160 mindən çox idi! Qazandığı qələbə Pilsudskini, Leninlə savaşda məğlub olmuş bütün digər ağqvardiyaçı generallardan xeyli fərqləndirib ona dünya şöhrəti bəxş etsə də, qocaman general bununla kifayətlənmədi əsla. Bilirdi ki, SSRİ nəhəng imperiyadır, hirslənib asqırsa üstünə, elə bu bəsdir-bütün polşa zabitlərinin papağı başından uçar. İstər daxili, istər xarici rəqiblərindən qorunmaq üçün, general Pilsudski 1918-ci ildə «Defenziva», «Eksplaritura» adlı iki kəşfiyyat mərkəzi qurur, sonuncu hərbi kəşfiyyat idarəsi vasitəsiylə SSRİ qarşı misli görünməmiş nəhəng bir oyuna başlayır. Pilsudski cavanlığında sosialist olub deyə, kommunistlərin sirlərinə bələddir, bilir ki, proletar beynəlmiləlçili necə qüdrətli silahdır, onu zərərləşdirməkdən ötrü əks tədbirlərə əl atmaq, millətçilərin beynəlmiləl təşkilatını yaratmaq, onun köməyiylə Moskvanın anasını ağlatmaq lazımdır. Bu siyasətin nəticəsi kimi 20-ci illərin ortasında Varşava belə bir qurum yaranır-adı «Prometey liqası», tərkibinə kimlər daxil olur, hə?- gürgü menşeviklərindən Çxeidze, Jordaniya, erməni generalı bədnam Dro, Şeyx Şamilin nəvəsi Səid bəy, general Sultan Qirey Kılıç, Ukraynadan yerli millətçilər, Krım, Kazan antikamunistləri, nəhayət, bizimkilərdən gör kim?-Məmmədəmin Rəsulzadə! «Prometey liqası»nın bir mərkəzi də Parisdə, «Dostluq cəmiyyəti» adıyla fəaliyyətini göstərirdi. 1936-cı ildə Varşavada keçirilmiş iclasda onun rəhbərliyində Topçubaşov, Rəsulzadə, Azər Təkin, Vəkilov kimi həmvətənlərimizin adı qeyd olunur.
«Promotey»in arxivləri göstərir ki, o SSRİ-yə qarşı qurulmuş nəhəng kəşfiyyat, təxribat mərkəziymiş, Polşa Ordu Baş Qərargahının ikinci şöbə (əkskəşfiyyat) rəisi Yulian Staxeviç bu quruma birbaşa rəhbərlik edirmiş, yaxşı maliyyə vəsaitləri ayırırmış öz üzvlərinə( pul-paranı polyak kəşfiyyatçılarına Britaniya, Fransa hökümətləri ötürümüş). Azərbaycan, gürcü, tatar, erməni zabitlərinə Polşa ordusunda xidmət etmək imkanları yaradılır, sonralar həmin zabitlərin biri, gürcü polkovniki Dmitriy Şalakaşvilinin oğlu Djon, NATO Ordu Qərargahı başçısı vəzifəsinədək yüksələrək bu qurumun İraq əməliyyatına başçılıq edir(«Səhrada tufan» əməliyyatı).
1939-cu ildə Polşa Hitler Almaniyasına məğlub alarkən, «Prometey liqası»nı idarə edib maliyyələşdirən «Eksplaritura»nın gizli arxivləri, bəli, keçir Berlinin tam ixtiyarına. Hitler, rəhmətlik Pilsudskinin «Prometey liqası» layihəsinə diqqətlə yanaşır, məhz onun üzvləri əsasında Alman Ordusunda sovet xalqları nümayəndələrindən ibarət «Milli leqion»lar yaradır, o cümlədən Məmmədəminin, Düdənginskinin rəhbərliyi altındakı «Azərbaycan milli leqionunu».
Pilsudskinin doğduğu bu təşkilata gərək «əhsən!» deyəsən, bir göz muncuğu da tikəsən alt paltarına ki, gözə gəlməsin-Polşa məğlub olur, Almaniya yanıb külə çevrilir, «Prometey liqası» isə ölüm nədir bilmir-müharibədən sonra, bu millətçilik internasionalı keçir Britanya ilə ABŞ-ın birgə kəşfiyyat idarəsi SİS-in iti caynağına. Hə, burda bir həngamə başlayır ki, gəlgörəsən-«Azadlıq», «Azad Avropa», «Amerikanın səsi» kimi antisovet radioların ucdantutma bütün üzvləri köhnə prometeyçilərdən seçilir. Hə, bax buna deyərlər sönməyən Prometey alovu! Vallah, əslinə qalarsa o çoxdan sönüb gedərdi-neynək, onu sönməyə qoymayan nəhəng qüdrət sahibləri həmişə tapılırmış.
«Prometey» alovunun baş məqsədi nəydi?» sualına qısaca belə cavab verərdim- Qafqazdan üzübəri Ukrayna, Baltika millətlərini Polşa başda olmaqla SSRİ-yə qarşı Avropanın sanitar çəpəri şəklində təşkilatlandırmaq, vəssəlam!
Polyak Pilsudskinin bu mirası sonradan-bizim yaşadığımız günlərdə!- başqa bir polşalının-Zbiqnev Bjezinskinin əlinə keçincə, «Prometey» məşəli daha da alovlanır, onun bütün siyasi qayələri yeni QUAM təşkilatının bünövrəsinə atılır. Bəli, neyçün gözlərini bərəldirsiz?-bu barədə bütün dünya siyasətçiləri danışır, bizsə özümüzü gic yerinə qoyaraq fil qulağında yatmışıq sanki. «Prometey liqası»nın birinci işi millətçilik pərdəsi arxasında, Xalq cəbhələri şəklində SSRİ-ni dağıtmaq idisə, gəlin razılaşaq- əhsən, yarandığı 1924-cü ildən ta 1991-ci ilə qədər o bu vəzifəsini canbaşla yerinə yetirdi. QUAM əfsanəsi altında indi onun bir başqa məqsədi var-MDB-ni dağıdıb Rusiyanı sarsıtmaq. Hə, iz azdırmaq xatirinə onun adını dəyişmək lazım idi, neyçün təəccüblənirsiz, bunu da etdilər, bizi də saldılar Pilsudskiylə Məmmədəminin bu qədim oyununa. Xeyri var deyirsiz QUAM-ın bizə? Əsla! Yox! «Neyçün?» soruşsaz deyərəm-çünki, indi Qafqazda baş verən gürcü-rus müharibəsi əslində QUAM-Kreml savaşıdır, biləsiz. Acı nəticə göz önündədir-Qarabağ məsələsi atılıb bir kənara, biz neyçünsə təzə Kreml-QUAM savaşına cəlb olunmuşuq.
Yadda saxlayın- siyasət elmində, Bjezinski kimi konservatorlar təzə nəsə yaratmaqdansa, köhnə layihələri diriltməyə meyllidirlər. Belə halda onlar Pilsudski kimi bir tarixi simanın davamçısına çevrilərək siyasətdə daha böyük hörmət sahibinə çevrilirlər. Təzə layihələri, təzə adları isə onlar həmişə bizim kimi giclərə sırıyırlar, mərc gəlirəm ki, QUAM oyunun həqiqi sahibləri bu dörd hərifli əcaib kəlməni məxfi söhbətlərində əsla dillərinin ucuna belə gətirməyərək daha çox «Prometey» kodundan istifadə edirlər. «Prometey məşəli» deyəndə isə antik mifologiyasından gəlmə əfsanəni deyil, Bakı, Orta Asiya neft-qaz yataqlarını nəzərdə tuturlar.
Lakin bu cənablara «Prometey liqası» çərçivəsində baş vermiş qəribə bir paradoksu xatırlatmağın indi lap yeri gəlib. Polyaklar, bəli, bütün 20-30-cu illər ərzində, ay atan rəhmətlik, tər (pul!) töküb «Prometey»də azərbaycan, tatar, gürcü leqeonları yaratdılar, lakin ağıllarına gətirməzdilər ki, həmin vəhşi leqionlarla tale onları tamam başqa vəziyyətdə görüşdürəcək. Necə deyərlər «nə tökərsən qaşığına, o də gələr başına»-1944-cü ildə Varşavada almanlara qarşı xalq üsyanı baş verir, Hitler onu yatırmağı çox fikirləşdikdən sonra bilirsiz kimə tapşırır, hə? Siz bilməzsiz-polyakların vaxtilə yaratdığı elə həmin «Prometey» leqionlarına! O cümlədən Azərbaycan leqionuna! Tarixi sənədlər göstərir- bizimkilər tatarlarla birgə Varşava əhalisiə əsl divan tutublarmış ki həmin vaxt! Bu döyüşlərdə «Prometey»in köhnə sahibləri polkovnik Yulian Staxovski, Çermovskiy, Nezbjinskiy, Şepsil qəfildən öz yetirmələriylə üzləşərək əvvəlcə dərin fikirlərə qərq olublar, axırda biliblər ki, Qafqazla zarafat etmək, onları necə gülünc bir vəziyyətə salıb…
Hitler isə, alım ağrını, uzaq Berlindən bütün bunları izləyərək lap axırda bir göz də vurub həmin polkovniklərin ünvanına. Sonra isə azərbaycanlılar atəş açıblar bu polyak zabitlərinin çılpaq sinələrinə.
Oğul istəyirəm ki, Bjezinski növbəti dəfə GUAM tədbirləri çərçivəsində Bakıya gələrkən, qorxub çaşmasın, fürsət tapınca bu acı tarixi təcrübəni onun qulağına pıçıldasın. İndidən görürəm həmin anda Bjezinskinin sifəti hansı rəngə boyanacaq…
Lakin, qorxuram ki, o, özünü itirmədən sakitcə cavab versin-«mən elə Varşava üsyançılarının intiqamını azərilərdən almaq üçün Bakıya gəlmişəm»… Hə, bu dəfə tam tərsinə, bizimkilərin, xüsusən, Elmar Məmmədyarov, Həsən Həsənov, «atlantist» Hikmət Hacızadənin, bütün quampərəstlərin qızarıb ağaran sifətinə baxmaq mənə necə ləzzət verərdi!
Bəli, 1944-cü ildə Varşavada qaynatdığımız zibilə görə biz hələ məşhər divanına sürüklənəcəyik.
***
Beləliklə, araşdırmalarımıza nöqtə qoyaraq GUAM-ın əsl tam məxfi ismini həmvətənlərimizin diqqətinə çatdırırıq- o, bir cəsusdur, məxfi kod ismi isə sadədir-«Prometey»! Gizli adı aşkarlanmış xəfiyyələr belə vəziyyətə düşərsə bircə çarələri qalır, biləsiz-yaxalarına tikilmiş zəhəri dişləri arasında sıxaraq özünü zəhərləmək… Nağıllarımız deyir ki, gizli adı faş olan tilsimlər, həmin andaca öz əvvəlki qüdrətini itirərək cəhənnəmə vasil olur.
Axı neyçün siz bizim evimizə başqa ad altında qonaq gəlmişdiniz, cənablar?
İnternetdə GUAM-Kreml savaşı. Bu yaxınlarda Azərbaycan Humanist Partiyası başkanı Oqtay Ataxan yerli saytların birinə müsahibə verərək aləmə car çəkib-ay camaat, hökumət əldən gedir, bəs, Azərbaycan bir sıra xarici xüsusi xidmət mərkəzlərinin Klondaykına çevrilib, dünyada day o cəsus yoxdur ki, vətənimizdə at oynadıb başımızda qoz sındırmasın.
Razıyam, Oqtay yoldaşı ikiəlli dəstəkləyirəm. Ancaq bu cür açıqlamalar dəqiq araşdırmalar, yeri gəlsə, ifşaedici, ünvanlı ittihamlarla müşayət olunmursa, vallah, inanın, dönüb olur bir qəpiklik. Məsəlçün, ötən əsrin əvvəllərində yaşamış məşhur rus konspiroloqu A. Bursovu xatırlayaq, özümüzə sadə sual verək-«Bursov rəhmətlik, Ataxan bəy kimi ünvansız ittihamlar irəli sürərdimi heç?». Yox, əsla! Əvvəla, bu peşəkarlığa ziddir-cəsusları hürküdərsiz. Rus inqilabçıları içinə soxulmuş Qapon, Azef, Malinovski kimi cəsusları, soruşuram, Bursov necə ifşa edib, hə? Heç nə, uzun zaman tədqiqat aparıb onların ətrafında, sənədlər əldə edib, götürüb çap edib öz araşdırmalarını, vəssəlam, bütün Azeflərin halvasını çalıb son nəticədə.
Şükürlər olsun ki, Bursov məktəbi indi də Rusiyada yaşamaqdadır, xüsusən İnternet şəbəkəsində fəallıq göstərən rus Herlok Xolmsları, vallah, tfu-tfu, göz dəyməsin, müasir siyasi aləmdə cəsusluq edənləri, day nə deyim, götürüb bütün dünyaya faş ediblər. Onların indiki diqqəti ilk növbədə QUAM qurumuna, bu layihə çərçivəsində qaz vurub qazan dolduran siyasi fiqurlara doğru yönəlib. İnternet şəbəkələrinə bəzən SVR, QRU qaynaqlarından ötürülən bu xəbərləri oxuyarkən, vallah, adamın gözləri çıxır kəlləsinə, hiss olunur ki, QUAM şəbəkəsi başdan-ayağa izlənilir, telefonlar dinlənilir, sənədlər oğurlanır, saxta isimli cəsuslar, şəxsiyyət vəsiqələri ifşa edilir, xülasə, başımıza çarə qılaq, xüsusən, Polşa, Ukraynadakı QUAM nümayəndələri əsl oyuna düşüblər! 20-30-cu illərdə «Prometey» əməliyyatı ətrafında necə əcinnələr ovu baş alab gedirdisə, vallah, heç nə dəyişməyib, inanın, indi də belədir. Elə götürək lap bu yaxın günlərdə , rus-gürcü savaşından azca öncə, həmyerlimiz Vadim Həsənovun RTR telekanalıyla göstərilmiş «Prometey» sənədli filmini-orda açıq qeyd olunur ki, «Prometey» əməliyyatı indi də davam edir, bizləri qıcıqlandırmaqçün orda tez-tez Rəsulzadənin də mübarək adı çəkilir. Filmin məsləhətçisi kim olsa yaxşıdır, soruşuram?- A. Zdanovski, RTR-in təhlükəsizlik sahəsi üzrə sədr müavini, FSB polkovniki. Filmin sətiraltı mənası belədir- GUAM-la «Prometey»in heç bir fərqi yoxdur, Polşa, Amerika yenə də bu layihənin arxasında gizlənir.
***
Qayıdaq İnternet şəbəkələrində tüğyan edən Kreml-GUAM savaşına-kim bizə zəmanət verə bilər ki, bu virtual müharibə sabahları gerçək dona bürünməyəcək? Kim? Elmar Allahyarov, Anar Məmmədxanov? Ay-hay, yatmısız ee fil qulağında, dünya-aləmdən lap bixəbərsiniz.
İnternet şəbəkələri xəbər verir-Kreml-GUAM savaşında Şerlok Xolmsluq edən İnternet həvəskarları avqustun ortalarında doğma Bakımıza təşrif gətiriblərmiş!
Gözləyin, az sonra onlar gözlərini yumub ağızlarını açacaqlar.

Комментариев нет:
Отправить комментарий