Страницы

15.01.2016

Rusiya Türkiyənin 30 faiz torpaqlarını və Araratı kəsib Ermənistana verəcək

Rusiya Qars və Moskva müqavilələrinə xitam vermək niyyətindədir. Nəticədə Türkiyə 30 faiz torpaqlarını və Araratı itirə bilər. Həmin ərazilər Ermənistanın tərkibinə qatılacaq. Bu barədə "Rosinfo" saytı məlumat vermişdir. Xatırladaq ki, sayt bundan əvvəl də "Türkiyə tək pomidorlarla yaxa qurtara bilməyəcək" tipli xəbərlər dərc etmişdir.
Sayt bildirir ki, Ararat dağı Ermənistanın milli simvolu sayılır və Birinci Dünya Müharibəsinə kimi Ermənistan ərazisi olmuşdur. Ararat dağının təsviri Ermənistanın gerbində də yer almışdır. Bu dağ ermənilər üçün müqəddəs hesab olunur. 1923-cü ildə Moskva ilə Ankara arasında bağlanan Qars müqaviləsinin şərtlərinə əsasən, Ararat dağ massivi Türkiyənin tərkibinə keçmişdir. 1991-ci ildə yaranmış müstəqil Ermənistan Respublikası indiyədək həmin müqaviləni tanımamışdır. Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşdiyi bir məqamda Moskva qədim Ermənistan torpaqlarını yenidən ermənilərə qaytarmaq qərarına gəlmişdir.
Türklər Aratat dağına Ağrıdağ deyirlər. Keçən əsrin 20-ci illərində Türkiyə dəfələrlə Sovet Ermənistanının öz gerbinə Ararat dağının təsvirini yerləşdirməsinə etirazlar etmişdir. Cavabında SSRİ xarici işlər narkomu Georgi Çiçerin bildirmişdir: "Bəs onda Türkiyə niyə öz bayrağına ay təsviri yerləşdirib? Axı ay da Türkiyəyə məxsus deyildir".
1923-ci imzalanan Qars müqaviləsinin şərtlərə görə, Rusiya hər 25 ildən bir bu müqaviləni yeniləyir. Artıq müqavilənin imzalanması vaxtı yaxınlaşmaqdadır. Əgər Rusiya həmin müqaviləni uzatmasa, Qars və Ardahan əraziləri, o cümlədən Ararat dağ massivi avtomatik Ermənistanın ərazisi sayılacaq. Türkiyə həmin əraziləri qaytarmaq məcburiyyətində qalacaq.
Bölgənin əhalisi 1853-1923-cü illərdə Türkiyə paşalarının əmri ilə yerli kürd silahlı qruplaşmaları tərəfindən genosid olunmuşdur. O vaxtdan həmin ərazilərdə insan məskunlaşması azdır. Türkiyə dövləti qaytarmaq ehtimalını nəzərə alaraq bu yerlərə investisiya yatırmamış və infrastrukturu inkişaf etdirməmişdir.
Xatırladaq ki, Türkiyənin Diyarbəkir ərazisi qədim Azərbaycan torpağıdır. Həmin bölgə Səfəvi-Osmanlı müharibələri dövründə zorla osmanlılar tərəfindən zəbt olunmuşdur.

Комментариев нет:

Отправить комментарий