Страницы

29.03.2016

"Təxrib" adlı vəhhabi qruplaşmasını Mossad və Eldar Mahmudov yaradıb

Fəaliyyəti dondurulmuş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlı ara-sıra mediada müxtəlif iddialar və yazılar dərc olunur. Bu dəfə "middleeastpress" adlı xəbər agentliyi adını qeyd etmədiyi mənbəyə istinadla maraqlı və böyük səs-küyə səbəb olacaq bir iddiaya yer verib.
İslamazeri.az-ın adı qeyd olunan portalın fars bölməsində yayımlanan xəbərə istinadən xəbər verir ki, Eldar Mahmudov Mossadın əmri ilə ifratçı vəhhabiləri dəstəkləyib. Sabiq nazir  qruplaşmalardan şiələrə qarşı və eləcə də öz fəaliyyətlərinin inkişafı üçün dəstəklədiyi bildirilir.
Eldar Mahmudovun "Təxrib" (Sökmə) adlı vəhhabi qruplaşmasının formalaşmasında şəxsən iştirak etdiyini qeyd edən portal, bundan əlavə, Sumqayıtın “Kafirlər diyarı” adlı ifratçı qruplaşmasının da Eldar Mahmudov tərəfindən dəstəklənməsi qeyd olunur.
Xəbərdə həmçinin bildiriir ki, 2013-cü ildə Sumqayıtın “Sultan” adlı kafesində qanlı qarşıdurmanın da baş verməsi öz əksini tapıb. Eldar Mahmudov öz postundan istifadə edərək məsələnin məxfiliyini qorumaqla polisin bu hadisəyə müdaxilə etməsinin qarşısını alıblar.
Qeyd edək ki, Iran Xarici Işlər Nazirliyi Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhhabilərlə əməkdaşlığına dair məsələni araşdıracağını açıqlamışdı. Bu barədə Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama vermişdi.
2014-cü ilin noyabrın 11-12-də  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin xüsusi əməliyyatı zamanı əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılmış, onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanmışdı. Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülmüşdü. Bu xəbər DİN-in saytında rəsmi məlumat olaraq yayılmışdı. Lakin bu qədər səs-küylü həbsə baxmayaraq, Sumqayıtda sələfilərin lideri kimi tanınan Zöhrab altı ay keçməmiş azad edilir və ilk müsahibəsi zamanı "dövlətin yanında olduğunu" açıqlayır. Sonradan Azərbaycanın bəzi saytlarının da yazdığı kimi, Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudov da məhz Zöhrabın həbs olundğu əməliyyat zamanı saxlanılıbmış. Hazırda da, Sumqayıt radikal vəhhabilərin qalası kimi bilinir.
Onu da qeyd edək ki, İsrail mediasında sabiq nazirin və idarə etdiyi qurumun Mossadla əlaqəsi ara-sıra üzə çıxırdı. Məsələn, İsrailin “Ynet” informasiya agentliyi "İranın ölkəmizdəki yeni casus şəbəkəsinin ifşa olunması"nda MOSSAD-ın da dəstəyinin olduğunu xəbər vermişdi.
"Middleeastpress" saytı bu məlumatı hardan əldə edə bilərdi? İslamazeri.az-ın araşdırmasına görə, "middleeastpress" saytı Əfqanıstanın Kabul şəhərində yaşayan Əlirza adlı şəxs tərəfindən qeydiyyatdan keçirilib, 5 dildə gündəlik xəbər dərc edən saytın əfqan şiələr tərəfindən idarə edilməsini nəzərə alaraq bu xəbərin məhz İran tərəfindən sızdırılma ehtimalı böyükdür. Həmçinin saytın əsas girişi Əfqanıstan, və İrandandır. Öz ölkəsində reytinqlərdə 151-ci yerdədir. /islam-azeri.az/

Комментариев нет:

Отправить комментарий