704-cü Lənkəran briqadasının komandiri polkovnik Mikayıl Hacıyevin xatirələrindən.
Belə xəyanətlər olmasaydı...
“Yenə şəhidlər, göz yaşları, balaların həsrətlə baxdıqları yollar! Biz 820 nömrəli hərbi hissə, sonralar 704-cü motoatıçı briqada 1992-ci ilin sentyabr ayında bu müharibəyə son qoymağa döyüşə yollandırq. Ağcəbədi, Füzuli, Martuni istiqamətindən hücuma keçərək düşməni darmədağın elədik. Kaftarlı, Şişqaya, Qızılqaya kimi yüksəkliklər ələ keçirildi və Martuni şəhərini darmədağın edərək mühasirəyə saldıq.
Lakin səhər tezdən Azərbaycan Müdafiə Naziriliyinin Qərargah rəisi general Nurəddin Sadıxov döyüş xəttinə gələrək döyüşü dayandırılmasına əmr edir. O əmr verir ki geri çəkilək. Belə ki guya Martuni erməni ərazisidir, bizi Moskva başa düşməyəcək və bura ikinci dərəcəli istiqamətdir. Mən nə qədər onu başa salmağa çalışdım ki, bu istiqamətdən mən düşməni təqib edəcəm və məhv edəcəm, bununla da Xankəndiyə çıxacam və Lənkərandan götürdüyüm bayrağı orda asacam, bu sözlərin xeyri olmadı.
Hətta Lənkərandan gəlmiş icra başçısı Hüseynqulu Məmmədov və müavini İltifat Rəhimovla bu generalı inandıra bilmədik. Mənə əmr olundu ki, Qubadlı rayonuna çıxım və hücuma keçərək Laçın dəhlizinə çıxım. Bundan sonra isə Kirov qəsəbəsində Kəlbəcərdəki briqada ilə birləşim. O dövrdə Kəlbəcərdəki 701-ci briqadanın komandiri polkovnik Zaur Rzayev idi (Onu qeyd edək ki bu Azərbaycan ordusunun 1-ci briqadası idi və bu briqada Lənkərandan olan polkovnik, sonra isə general Zaur Rzayev tərəfindən yaradılmışdı- red.).
28 Sentyabr 1992-ci ildə hücuma keçərək Safyan, Suarası, Susuzdağ, Gizərti, Migidərə, Fətəliqaya, Qayqı kimi yüksəkliklər düşməndən təmizlədik və ələ keçirdik. Laçın dəhlizi nəzarətə götürüldü. Biz Kirov qəsəbəsinə çıxdıq.
Lakin Kəlbəcərdə yerləşən 701-ci briqada gəlib çıxmadı. Sonra məlum oldu ki, onlara geri çəkilmək əmr verilib. Təzədən general Nurəddin Sadıxov cəbhəyə gəlir və mənə deyir ki: “Sən niyə Ermənistan ərazisinə atəş açırsan?” Generala başa salıram ki, Laçın dəhlizi ilə qaçan düşmən Ermənistanda yenidən silahlanaraq hücuma keçir. Ona görə də onların səhra düşərgələrinə atəş açıram və məhv edirəm. Sabahısı günü məni Qubadlıya çağırdı və bildirdi ki, dəhlizlə Ermənistana qaçan düşmənə atəşi dayandırın, çünkü Azərbaycan və Ermənistan arasında atəşkəs elan edilib, saziş bağlanıb.
Mən yenə başa salmağa çalışdım ki, biz Laçın şəhərindən 4 km məsafəsində durmuşuq, düşmən artıq qaçıb və qaçır, hücumu dayandırmaq olmaz. Xeyri olmadı. Dediklərinə riayət etmədiyimə görə mənə Lənkərana qayıtmağa və ordan Ağcəbədi-Beylaqan cəbhəsinə cavabdeh olmağımı əmr verdi.
Əgər 1992-ci ildə bizə mane olmasaydılar, müharibəyə son qoyulardu və bü gün qan tökülməzdi, şəhidlər verməzdik, analar gözü yaşlı qalmazdı. Baş əyirəm o əsgər və zabitlərin qarşısında hansı ki, mənimlə bütün döyüşlərdə iştirak ediblər. Bü günki şəhidlərimizə Allah rəhmət eləsin. Vətən uğrunda şəhid olmaq şərəf və qəhramanlıqdır, təki siyasi oyun olmasın”.
P.S. Vətən qarşısında böyük xidmətləri olan polkovnik Mikayıl Hacıyevə “talış separatçısı” damğası vurularaq 10 il 5 ay həbsxanada qaldı! Bu necə separatçıdır ki Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşürdü?! Ona mane olanlar isə rütbələr, vəzifələr almışdır. Belə hadisələr bir deyil, iki deyil. Belə komandirlər bir deyil, iki deyil. İnşaallah ki belə xəyanətlər daha baş verməz!
Foto: Mikayıl Hacıyev ortadadır.
Gamlo Ali
Комментариев нет:
Отправить комментарий