Страницы

20.06.2016

İstəyirsiz İran da Azərbaycanın gününə qalsın?

Mən müşahidə etmişəm ki bəzi şiə qardaşlarımız İran haqqında paylaşmalarda ədalətdən uzaqdırlar. 
Fikirimi izah edim. Məsələn, İrandan Azərbaycana dəstək xəbrləri gələndə, onlar bu xəbəri paylaşmırlar. Seyid Həsəsn Amili deyəndə ki: “Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır”- paylaşmırlar. Politoloq Mübariz Qurbanlı kimi antiİran təbliğatı aparan insan çıxıb deyir ki, İran Xüdafərin körpüsünün ətrafında bufer zonası yaradıb, ermənilərdən boşaldıb- onu paylaşmırlar. Azərbaycan generalı Aydəmirov çıxıb deyir ki, “İranlı qardaşlarımız bizə aprel döyüşlərində yardım etdi”- onu paylaşmırlar. Prezident İlham Əliyev çıxıb deyir ki, biz İrandan silah alırıq, onu paylaşmırlar. İranın Ali Rəhbəri Seyid Əli Xamenei Ərdəbildə, Təbrizdə, Urmiyada və digər yerlərdə çıxışlarında qəti şəkildə Azərbaycanı dəstəkləyir- onu paylaşmırıar. İranda Azərbaycana dair çoxlu pozitiv xəbrlər ki var onu paylaşmırlar. İran səfirinin Qarabağ müharibəsində Azərbaycanın haqq olması barədə dediklərini də paylaşmırlar. Amma elə bu səfirin çıxıb bir-iki səhv ifadəsini bəh-bəhlə, qələbə hissi ilə, pisniyyətliliklə, güya nəyəsə sübut tapdıqları kimi şadlanaraq paylaşırlar, şərhlər yazırlar. 
Görəsən budurmu ədalət? Yaxşı, biz İranı müdafiə edirik, biz pisik. Siz yaxşı olun, dərc olunan bütün məlumatları paylaşın. Niyə paylaşmırsız? Kimin xoşuna gəlmək istəyirsiz? 4-5 xain pantürkçünün? Bu nə ucuz vətənpərvərlikdir! Siz haranızı kimə xoş göstərmək istəyirsiniz? 
Bir qüdrətli şiə dövlətimiz var, o da İrandır. O İran ki İraqda, Suriyada bu ölkənin qoşunu, dəstəyi olmasaydı, indi vəhabilər bütün şiə məkanını qan içində boğmuşdu. Elə bilirsiz Suriya ordusu qalıb? Yoxsa elə bilirsiz iraqlıların hünəridi bu qədər qələbələr? Gedin iraqlılardan soruşun ki, onlar necə dəhşətli itkilər verirdilər vəhabilərlə döyüşlərdə. Bu ölkələrin durması İranın sayəsindədir. 
Nə isə mövzu bu deyil. Sual verirəm ki belə azərbaycançısız, belə ölkənin dərdinə qalıb xəyanət axtaransızsa, elə Azərbaycanın içində öz millətimizdən olan xainlərdən niyə heç nə paylaşmırsız? Ancaq İran haqqında pis yazmaq olar, hə? Bəs elə öz millətimizdən olan insanlar deyilmi ki, ölkəmizinin, xalqın sərvətlərini talayıb öz qoduqlarına yedirirlər? Niyə bunu paylaşmırsız? Biri durub paylaşım edir: “Ay camaat, baxın İranda bir arvad hicabını açdı. Baxın, budur İran İslam Respublikası”. Harda bir axmaq var, İranda onu paylaşırsız, amma bu ölkənin elmi tərəqqisi haqqında olan xəbərləri paylaşmırsız, uğurları və qələbələri paylaşmırsız. Siz ki şiəsiz- fasiq deyilsiz. Fasiq bunu düşmənçilikdən edirsə, bəs sizə nə gəlib?
Gözünüzün qabağında olan xainlər haqqında heç nə paylaşmırsız, amma İrana deyirsiz ki onlar Qarabağ məsələsinin həl olunmasını istəmir. Kim istəmir? Bəlkə sənin o xain məmurların istəmir? 
Siz haqq-ədalət axtaran deyilsiz. Sizin şiəliyinizdə millətçilik yatıb. Oturub heç vaxt mövcud olmayacaq Böyük Azərbaycan xülyalarındasız. Sizlərdən bəziləriniz ki İranın dağılmasını istəyrisiz,- bilin ki elə Amerikaya, İsrailə və masonlara qulluq edirsiz. Rus sözü: “gniloy” xislətinizdən edirsiz. Neftimiz, qazımız ola-ola bu xalq bir gün görmədi, indi istəyrisiz ki İrandaki Azərbaycan da görməsin? İstəyirsiniz ki sizin quldur məmurlarınız onların da naziri olsun? Əliyevlər, Kəmaləddinlər, Ziyalar, Mahmudovlar, Usubovlar oranı da pis günə qoysun? Yaxşı, oranı nə ilə dolandıracaqsız ki? Oranın nə nefti var, nə qazı var, nə də elə bir təbii sərvəti var ki ordaki 12 milyonluq əhalini yedizdirsin. Ora İranın hesabına yaşayır, ordaki mallar İranda satılır, oranın sənayesi də İrana hesablanıb. Sizin bu qarətçi nazirləriniz ordaki zavodları, fabrikləri satıb yeyəcəklər. Özü də siz elə bilirsiz ki ordaki möminlər, islamçılar sizin bu xain məmurlarınızı istəyir? Onlar böyük bir dövlətin vətəbdaşlarıdır. İran vətəndaşlarıdırlar və özlərini irani sayırlar. Onların orda böyük şirkətləri, böyük vəzifələri, böyük hərbçiləri və ruhaniyətləri var. Azərbaycanlıların orda televiziyaları, qəzetləri, jurnalları, radioları, kitab nəşriyyatları, mədəniyyən ocaqları və tədris mərkəzləri var. Və yenilərini də açırlar. Siz elə bilirsiniz ki hələ ancaq Tehranda yaşayan 5 milyon azəri durub gələcək sizin qucağınıza? Nə isə...
Bilin ki belə getsə elə bu gündə də qalacaqsız. Və görünür ki Azərbaycanda heç nə dəyişməyəcək. Bəziləriniz, öz ölkənizin abadlığı haqqında düşünmürsüz,- istəyirsiz ki öz ölkənizdə olan xarablıqları İranda da görəsiniz. Onu tapıb çıxardıqda isə sevinirsiz. Görün nə qədər bədbaxt adamlarsız ki düşüncəniz bu gündədir. Azərbaycanın İranın səviyyəsinə qaldırmaq əvəzinə, siz istəyirsiz ki İranı Azərbaycanı səviyyəsinə salasınız. 
Allah Azərbaycan xalqına 87 min kv km ərazi verib. Neft verib, qaz verib, sərvətlər verib, amma dininə sahib olmadıqları üçün, bu xalqın başına bəlalar gəlir və gələcək də...

https://www.facebook.com/Bermek.daqli.5/posts/1050227335013263

Комментариев нет:

Отправить комментарий