Faktxeber.com-un verdiyi məlumata görə, İraq ordusu bir neçə ay öncə İŞİD terrorçuları tərəfindən ələ keçirilən Rəmadi şəhərini geri almaq ərəfəsindədir. Şəhərin 70 faizini geri alan ordu və könüllü qüvvələr ilə İŞİD-çilər arasında qızğın döyüşlər getməkdədir.
Bu arada Rəmadi şəhərində döyüşlərdə iştirak edən əsgərlərdən birinin anası ilə son yazışması sosial şəbəkələrdə geniş marağa səbəb olub. Əsgər İŞİD mühasirəsinə düşdükdən sonra anasına belə yazıb: “Ana, biz hazırda Rəmadidə mühasirəyə düşmüşük. Gülləmiz də qurtarıb. Bir saatdan sonra əlaqə saxlamasam, məni halal et. Zeynəb və Səccaddan da muğayat ol”.
Ana isə oğlunun cavabında belə yazıb: “Allah sənə yar olsun. Onları (Zeynəb və Səccadı) gözlərim üstə saxlayacağam, sən narahat qalma. Şəhadətin sənə nuş olsun”.
Комментариев нет:
Отправить комментарий