Страницы

13.03.2017

İvan Qroznı şiələri necə xilas etdi?

İbrahim Sel

 1572-ci ildə Osmanlı sultanı Avrasiya xalqlarının qoruyucusu olan Rusiyanın üzərinə qoşun yeritdi. Krımdan tərkibində 20 min sayseçmə yeniçəri də olmaqla 120 min əsgər və 200 topla yola çıxan Osmanlı ordusunu Molodi kəndi yaxınlığında Çar İvan Qroznının 25 minlik Rus ordusu qarşıladı. Ruslar özlərindən qat-qat çox olan Osmanlı ordusunu nəinki darmadağın etdilər, hətta son nəfərinə kimi qırdılar. Şiələrin qanına susamış Osmanlı dövlətinin onurğa sütunu sındırıldı, belə ki Osmanlı ordusunun yarısı həmin döyüşdə məhv oldu. Bundan sonra osmanlıların qonşu dövlətlərə təcavüzü azaldı. Məhz həmin qələbə şiələrin Şərqdə güclənməsinə və Qızılbaş dövlətinin ayaqda qalmasına imkan yaratdı. Təəssüflər olsun ki, həmin şanlı qələbə haqqında tarix dərsliklərimizdə heç nə deyilmir. Allah eləməmiş osmanlının reytinqi düşər, Sion-Turan proyektləri xalqın gözündə kəsərini itirər!
 1571-ci ildə Osmanlı dövləti iudeylərin rəhbərlik etdiyi Reç Pospolita dövləti ilə ittifaqa girərək Rusiyanın üzərinə yeridi. Qəfil hücum və avropalıların Livon Ordeni ilə müharibə ruslara qruplaşaraq vaxtında müqavimət göstərməyə imkan vermədi. Osmanlıar Moskva ətrafındakı sloboda və kəndləri, sonra isə şəhərin kənarındakı evləri yandırdılar. Güclü külək olduğundan yanğın bütün şəhərə yayıldı. Taxta evlər tez alışdı və alovu bir-birinə ötürdü. Əhali evlərdən qaçaraq şəhərin şimal darvazalarına yığışdı, basabasda çoxlu insan qırıldı. Moskva tam yanıb külə döndü. Krım xanı Devlət Gireyin rəhbərlik etdiyi Osmanlı qoşunu Moskvadan başqa 36 Rus şəhərini darmadağın etdi və rus ellərini çapıb taladı. Devlət Girey özü ilə çoxlu rus qadın və uşağı əsir apardı ki, onları yəhudi tacirləri İstanbulda satışa çıxardılar. Bu yürüş zamanı 80 min rus öldü, 60 min isə əsir aparıldı. Moskva əhalisinin sayı 100 mindən 30 minə endi.
 Asan qələbədən və əldə etdikləri qənimətdən şirnikləşən osmanlıların 1572-ci ildə yenidən könüllərinə Rusiya düşdü və yürüşə çıxdılar. Ordu komandanı Devlət Girey bu dəfə səfərə çıxarkən bildirdi ki, ruslarla döyüşməyə yox, Moskvaya hakimlik etməyə gedir. Onun ağlına da gəlmirdi ki, ruslar 120 minlik qoşunun qabağına sanballı qüvvə çıxara bilərlər. Osmanlılar ötən il vurduqları zərbədən Rusiyanın hələ uzun müddət özünə gələ bilməyəcəyini düşünürdülər. Hətta Osmanlı paşaları “bismillah” deyib körpünü adlamamış bəri başdan plan tutaraq Rusiya torpaqlarını öz aralarında bölüşdürdülər; kimin hansı şəhərin hakimi və mirzəsi olacağını öz aralarında qərarlaşdırdılar, yağlı alver yerlərinə görə isə tacirlərlə behləşdilər. Plan beləydi ki, 120 minlik ordu Rusiyaya girib həmişəlik orda qalmalıydı, belə ki osmanlılar Rusiyanı tutmağa yox, ora yaşamağa gedirdilər. Qəzavü-qədər elə gətirdi ki, osmanlılar həmişəlik Rus torpağında qaldılar, biri də geri dönmədi.
 Moskvanın 50 verstliyində, Molodi kəndi yaxınlığında osmanlılar voevoda Mixail Vorotinskinin və opriçnik Dmitri Xvorostininin başçılıq etdiyi 25 minlik Rus ordusu ilə üz-üzə gəldilər. Ruslar osmanlıları qarşılamağa tam hazırlıq görmüşdülər; onlar “qulyay-qorod” adlanan o dövrün taxta tanklarını hazırlamışdılar. Təkərləri üstündə hərəkət edə bilən, qalın taxta lövhələrdən qurulmuş səyyar çəpərlər indiyədək belə müdafiə qurğusu görməmiş osmanlıları dəhşətə saldı. Onlar neçə dəfə hücuma keçsələr də, Rusların taxta tanklardan ibarət çəpərini keçə bilmədilər və hər hücumda çəyirtkə kimi qırıldılar. Lövhələrin arasındakı çatlardan tüfənglər atəş açdı, deşilmiş oyuqlardan toplar guruldadı, üstdən isə oxlar sel kimi yağdı. Aramsız atəşlər osmanlı atlılarını qırıb çatdı. Osmanlılar dalğa-dalğa hücuma keçsələr də, rusların maraqlı sürprizi- “qulyay-qorod” adlı ətçəkən maşın onları min-min biçib tökdü, qan su yerinə axdı. Osmanlılar belə döyüşə hazır deyildilər. Rusların “pişşal” adlanan tüfənglərinin deşmə qabiliyyəti olduqca güclü idi: güllə iki döyüşçünü deşib keçir, üçüncünün bədənində ilişib qalırdı. Belə güllələr dəmir əsləhəni də asanlıqla deşirdi. “Qulyay-qorod”un önündə insan meyidlərindən təpələr yarandı. Rus torpağı onda hakimlik etməyə gəlmiş düşmənin qanı ilə bolluca sulandı. Qaranlığın çökməsi ilə döyüş dayansa da, səhər açılanda Xvorostininin kazak qoşununun arxalarını kəsdiyini və mühasirəyə alındıqlarını anlayan osmanlılar təşvişə düşdülər. Gireyi burda ağlamaq tutdu. Quduzlaşmış osmanlılar var-güclərini toplayıb rusların səyyar taxta qalasının üstünə cumdular. İş o həddə çatdı ki, “tank”ların yanına çatanda krımlılar əllərini keçirib çəpərləri aralamağa, yeniçərilər isə qılıncları ilə, hətta dişlərini keçirərək taxtaları sökməyə çalışdılar. Amma ruslar düzəltdikləri müdafiə qurğusundan ustalıqla istifadə etdilər və bütün günü osmanlıların qanı su yerinə axdı. Son nəticədə gücdən düşmüş osmanlılar silahı yerə atdılar. Meydana girən ruslar onları yumruqla çırpmağa, təpikləməyə başladılar. Ölənlərin içində Devlət Gireyin müşaviri, oğlu, nəvəsi və yeznəsi də vardı. Həmin döyüşdə demək olar ki, Krımın bütün əli silah tutan kişi əhalisi qırıldı. Məhz bu məğlubiyyət Krımın Osmanlıdan qoparaq Rusiya İmperiyasının tərkibinə qatılmasına səbəb oldu. 120 minlik osmanlı qoşunundan cəmi 10 min tatar vətəninə- Krıma qayıda bildi, qalan krımlılar və osmanlılar hamısı qırıldılar. Bu nəhəng hərbi fəlakət ən böyük məğlubiyyətlərdən biri kimi hərb tarixinə düşmüşdür. Molodi döyüşü- Avrasiya və Dünya tarixinin ən böyük hadisələrindən biridir. Rusların Molodi qələbəsi nəinki Avropanı, Avrasiya xalqlarını osmanlı təcavüzündən xilas etdi, bu əlamətdar hadisə Qızılbaş dövlətinin ən böyük düşməninin belini qırmaqla şiələri gələcək təhlükələrdən sığortaladı.

“Avrasiya tarixi” kitabından

Комментариев нет:

Отправить комментарий