Страницы

13.03.2017

Zamiq Səfayi - Mənə

Nə baxışlardı, ey afət, belə biganə mənə,
Nola bir dəfə nəzər salsana mərdanə mənə.

Şərbətivəsli içirdin yenə biganələrə
Lakin hicrinlə verirsən qəmi-peymanə mənə.

Ahü naləmlə divarlar da su salmış, mələyim,
Göz yaşın etdi rəvan, sanki bu qəmxanə mənə.

Dövrə vurduqca nigarın səri-kuyin gecələr,
Dedi naəhl ki, biçarədi pərvanə mənə.

Yenə də odlu baxışlarla süzüb aşiqini,
Ol kaman qaşlı çəkib tirni divanə mənə.

Bir zamanlar cüt içərdik meyi meyxanədə biz,
İndi naməhrəm olub gözləri məstanə mənə.

Sərvqəd, laləüzar, zülfi-pərişanım üçün,
Ey Səfayi, yenə hal gəldi ədibanə mənə.

Комментариев нет:

Отправить комментарий