Страницы

23.04.2017

Bəşər Əsədin uşaqları rus dilini öyrənirlər

Suriya Prezidenti qərar verib ki, rus dili ölkədə ərəb dilindən sonra ikinci dil olmalıdır

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən,  Suriya Prezidenti Bəşər Əsədin uşaqları rus dilini öyrənirlər. Bu haqda Suriyanın Rusiyadakı səfiri Riyad Həddad rus dilinin Suriyadakı artan populyarlığı haqda sualın cavabında bildirib. “Suriya Prezidenti qərar verib ki, rus dili ölkədə ərəb dilindən sonra ikinci dil olmalıdır. Bu, Rusiya xalqının Suriya xalqına verdiyi dəstəyə minnətdarlığının əlamətidir.", -deyə o qeyd edib.
Səfirin sözlərinə görə, rus dili hazırda məktəblərdə 7-ci sinifdən başlayaraq tədris olunur. Bütün universitetlərdə isə, istisna olmadan rus dili kafedraları açılıb.
Bundan əlavə, hazırda Suriya çox sayda yeni doğulmuş uşaq Rusiya Prezidenti Vladmir Putin şərəfinə adlandırılır.

Комментариев нет:

Отправить комментарий