Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov “Report”a müsahibə verib. Nazirlik rəsmisi bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi.
İsa Həsənov “50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər” sualına belə cavab verib: “Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi. Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır”.
Комментариев нет:
Отправить комментарий