Ey aşiqi-Həq, vəslə amadə Hüseynim vay!
Ey təşnə verən canın səhradə Hüseynim vay!
Şövq ilə verib canın, vəsl içrə tapan rahət,
Ey cövr çəkən zalım dünyadə Hüseynim vay!
Zəhra gözünün nuri, mö'minlər üçün mövla,
Ey ibni-Şəhi-Mərdan, şəhzadə Hüseynim vay!
Hər gün bizə Aşura, həm Kərbübəla hər yer,
Eşqinlə gələr aşiq fəryadə: Hüseynim vay!
Miskin, qara bir quldur, Xaqan sənə nokərdir,
Həm dəhrdə şahım, həm üqbadə, Hüseynim vay!
Комментариев нет:
Отправить комментарий