Страницы

12.02.2018

Şeyx İmran Hüseyn, tanınmış sünni alimi, islam filosofu:
“Putin – paralel dünyanın adamıdır. Rusiya rəhbərliyi bu gün Quranda 14 əsr qabaq yazılanları yerinə yetirir. Quranda göstərilir ki, Qara dəniz ətrafında baş verən hadisələr yenidən təkrarlanacaq. Qoq-Maqoq döyüşü yenidən baş verəcək. Rusiyanın hakimiyyəti dinə əsaslanır. Qərb öz əhalisini insan saymır, milyonlarla amerikalının, kanadalının, fransızın, almanın taleyi onlarçün maraqlı deyil. Onları dünya hegemonluğu maraqlandırır. Onlar istəyirlər ki, Rusiya və Çin diz çöksün. Bu ki təkəbbürdür. Quran isə təkəbbürü lənətləyir və göstərir ki, təkəbbürü Yer üzünə ilk dəfə şeytan gətirib. Şeytan xislətli bu adamlar bizim istəyimizi nəzərə almadan Yer üzünə hakim olmaq istəyirlər. Allaha şükür ki, Rusiya diz çökmək istəmir. Və nə qədər Rusiya var, Çin də diz çökməyəcək. Rusiya müqavimətin arxasında dağ kimi dayanıb. Esxatologiya göstərir ki, Rusiya müstəbidi neytrallaşdıracaq, zülmə son qoyacaq. Rusiya insanlığın düşmənlərini zərəşsizləşdirəcək və məzlum xalqları qorumaq üçün baryer yaradacaq. Qurana əsaslanaraq deyirəm ki, NATO məğlub olacaq, Rusiya qələbə çalacaq. Rusiyanın Yer üzündəki missiyası xilasla bağlıdır. Məhz Rusiya Yer üzünə sahib olacaq və təhlükəsiz dünya quracaq. Dünya buna şahid olacaq. Tarix təkrar olunacaq”.

Комментариев нет:

Отправить комментарий