Keçmişini danan kimdir?
Öz kökündən utananlar
Vaxt gələcək ayılanda
Öz özündən utanarlar.
Sənə niyə hörmət qoyaq?
Öz dilinə xor baxardın
Öz elinə nakam baxıb
Şəhərlərə zor baxardın.
Sənin adın sənin olsun
Bizim üçün boş çoxluqsan
Xalq artisti olsan belə
Ürəklərdə bir yoxluqsan.
Giley-güzar etmə dayan
Bunu əvvəl biləcəkdin
Bilirdin ki geci-tezi
Öz elinə dönəcəkdin.
Öz xalqına dəyər verən
Ürəklərdə yaşayacaq
Nə qədər ki xalqı vardır
O da hər an var olacaq.
Комментариев нет:
Отправить комментарий