1991-ci ildə Qubadlı rayonunun Cibikli kəndi ermənilər tərəfindən mütəmadi olaraq hücumlara məruz qalırdı. Erməni quldurları çalışırdılar ki, qəfil hücumlar etməklə yerli sakinləri qorxudaraq onları doğma yurdlarından didərgin salsınlar.
Oleq Babakın komandanlığında olan rota Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet qoşunlarının tərkibindəki rota dinc sakinləri müdafiə edirdi. Onların vəzifəsi silahlı toqquşmanın qarşısını almaq idi.
Ermənilərin növbəti təxribatı nəticəsində Yuxarı Cibikli sakinlərindən iki nəfər yoxa çıxmışdı. Kənd isə atəşə tutulurdu.
Sakinlər bu haqda rotaya məlumat verir. Leytenant Oleq Babak kəndə gəlir ki, vəziyyətlə tanış olsun və erməni yaraqlılarının hücumunun qarşısını alsın. Terrorçular Sovet əsgərlərinə də atəş açmağa başlayır.
Oleq Babak döyüş yoldaşları ilə birlikdə kəndi qorumağa başlayır.
Yerli sakinlərdən sahə müvəkkili də onlara qoşulmuşdu. Oleq Babakın tabeçiliyində iki serjant var idi.
Yerli sakinlər arasında yaralananların sayı artmağa başlayır. Erməni yaraqlılarına kömək üçün əlavə qüvvələr gətirildiyini və atışmanın daha da intensivləşdiyini görən Oleq Babak yaralıları və yerli sakinləri döyüş meydanından çıxarmaq qərarına gəlir. Serjantlara əmr verir ki, yaralıları maşınla xəstəxanaya çatdırsınlar.
O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni terrorçularına qarşı şiddətli döyüş aparır.
Geriyə göndərdiyi Cibikli kənd sakinlərinə döyüş meydanından uzaqlaşmağa imkan yaratmaq üçün Oleq Babak ermənilərə müraciət edib Sovet zabiti olduğunu deyir və atəşi dayandırmağa çağırır. Onu yüzə yaxın erməni döyüşçüsü mühasirəyə alır.
Bu zaman Babak onların arasında Sovet ordusu sıralarında birgə qulluq etdiyi keçmiş döyüşçü yoldaşını görür. Babak ondan soruşur ki, məni xilas edəcəksənmi? Erməni də cavab verir ki, sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar? Müxtəlif mənbələrə görə, Oleq Babak qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın erməni quldurunu zərərsizləşdirmişdi.
Ermənilərdən biri arxadan yaxınlaşaraq “obrezi” Babakın zirehli gödəkcəsinin altına yönəldərək atəş açır. Beləliklə, erməni quldurları Oleq Babakı xaincəsinə, arxadan vurub öldürürlər (Həmin döyüş vaxtı Oleq Babakın 24 yaşı vardi. Bir ay sonra onun xidmət vaxtı sona çatacaqdı və o, doğma yurduna dönərək nişanlısı ilə toy etməyi planlaşdırırdı).
Bu şücaətinə görə Oleq Babak həmin ilin sentyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Ondan sonra, 1991-ci ilin dekabrında SSRİ dağılır və beləliklə Oleq Babak Sovet İttifaqının son qəhrəmanı olur!

Комментариев нет:
Отправить комментарий