Xəbər verdiyimiz kimi, Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək. Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.
O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: “Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.
M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.
Manatın 2 devalvasiyasından sonra Azərbaycanda da yüzminlərlə vətəndaşın banklarla problemi yaranıb. Lakin 3 ildir bu barədə danışılmasına baxmayaraq, Azərbaycan hökuməti borc bataqlığında boğulan yüzminlərlə vətəndaşa kömək əlini uzatmayıb.
Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan hökumətinin problemli kreditlər məsələsinə bu münasibətinə çox qəribə bir “arqumentlə” haqq qazandırmağa çalışıb. Deputat sözügedən mövzu ilə bağlı meydan.tv-nin sorğusuna belə cavab verib: “Bank kreditlərinin qaytarılması hər zaman gündəlikdədir. Sadəcə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil”.
“Gürcüstan da müharibə şəraitindədir və üstəlik Azərbaycan kimi neft vəsaitlərinə malik deyil. Belə olduğu şəraitdə Gürcüstan problemi həll etdisə, Azərbaycan hökuməti oxşar addım ata bilməzmi?” sualına Jalə xanım belə cavab verib: “Bizim ölkəmizdə də bir çox addımlar atılır ki, digər qonşularımızda atılmır. Məsələn, vətəndaşın sosial müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ona görə belə qiymətləndirməyək ki, orda oldu, burda niyə olmadı. Ancaq bank borcları davamlı olaraq gündəliyə çıxarılır və hər birimizin arzusu odur ki, məsələ öz həllini tapsın”. /azpolitika.info/

Комментариев нет:
Отправить комментарий