Страницы

05.12.2018

Qurban Cəbrayıl: "Qərb irticası o qədər hiyləgərdir ki, müəllifi olduğu münaqişə ocaqlarına ilk növbədə ideoloji baza, tutarlı səbəblər, alışdırıcı fitil formalaşdırır. Bir əraziyə təcavüzdən öncə nəzarətindəki KİV aylarla həmin aspektləri tirajlayır, beynəlxalq aləmi bu təhlükəyə inandırmaqla yanaşı, rəqibin müttədiqlərini də parçalayır, fikir ayrılığı yaradır. İndiki şəraitdə zatən ərəb dünyasını vəhdətindən, hər hansı problemə qarşı birgə müqavimətindən danışmaq da gülünc olardı. Çünki satqın, həris şeyxlərin, kral ailələrinin xəyanəti zəminində Fələstin faciəsinin çoxdan şahidiyik. Mərhum İmam Xomeyni hələ öz dövründə belə ixtilaflara son qoyulmasından çıxış edərək, haqlı olaraq buyururdu ki, hər ərəb dövləti bir qab su atsa, İsraili sel aparar. Eyni zamanda ortaya atılan əsassız "İran xofu", məzhəblərarası ixtilafın qızışdırılması, guya şiəliyin sünnülüyə qarşı savaşı faktorları da həmin pərakəndəlikdə öz rolunu oynayır..."

Комментариев нет:

Отправить комментарий