Страницы

12.02.2019

1930-cu illərdə Almaniyanın yəhudi diasporu iki hissəyə bölünmüşdü. Bir hissəsi Fələstinin od tutub yanan səhrasına getməyi nəinki istəmir, heç bu barədə düşünmürdülər də, digər hissəsi isə “tarixi vətənə” qayıtmaq tərəfdarı idilər. Gestaponun “düşünən beyni” sayılan Adolf Eyxman gestapoçulara mühazirələrində birinciləri assimilyant-ortodoks, ikinciləri isə idealist-sionist adlandırırdı. Gestapo birincilərə nifrət edir, ikincilərə isə dəstək verirdi. Gestapo imkanlı yəhudi ailələrini və sionist təşkilatının üzvləri olan gəncləri Fələstinə yola salır, Fələstinə “xor baxan” assimilyant kasıb zümrəni isə gettolara doldururdu. Nasist kəşfiyyatının rəhbəri Reynxard Qeydrix 1935-ci ildə yazdığı məqalədə bildirirdi ki, assimilyant yəhudilərdən fərqli olaraq sionist yəhudilər də bizim kimi ciddi irqi pozisiyada dayanırlar, Fələstinə emiqrasiya etməklə onlar yəhudi milli dövlətinin yaradılmasına kömək edirlər, odur ki biz sionistlərə dəstək verməliyik. Reynxard sionistlərə münasibətdə alman dövlətinin “xoşməramlı rəsmi mövqeyini və xeyirxah niyyətlərini” ifadə edirdi. Gestapo məmuru Adolf Eyxman mühakimə olunarkən öz izahatlarında açıq-aşkar bildirmişdi ki, biz yəhudi həmkarlar ittifaqlarının rəhbəri ilə tam razılığa gəlmişdik: sionist təfəkkürlü yəhudiləri Fələstinə buraxacayıq, assimilyasiya olunmuşları isə konslagerlərə dolduracayıq. Sionist liderləri demişdilər ki, bizə yalnız ərəblərlə vuruşa biləcək sağlam gəncliyi verin, qalanlarını isə götürə bilərsiz. Sionist liderlər assimilyasiya olunmuş yəhudiləri həqarətlə “qurumuş budaq” adlandırırdılar, çünki onlar “hər hansı yəhudi ideologiyasından məhrum idilər”.

Комментариев нет:

Отправить комментарий