Страницы

12.02.2019

1935-ci ildə SS-çilərin “Das Şvarçe Korps” rəsmi qəzeti sionizmi tam dəstəklədiklərini elan etdi. Hitler məmurları sionistlərin Fələstindəki kolonizasiya planlarına xeyir-dua verdilər. SS nəşrləri “yəhudi milli özünüdərkinin yüksəldilməsinin, yəhudi məktəblərinin, idman və mədəni təşkilatının çoxaldılmasının vacibliyindən” ağızdolusu söz açırdı. Gestaponun hesabatında göstərilirdi ki, sionistlərlə əməkaşlıq ideoloji platformaların oxşarlığına görə realdır. Doğrudan da həm nasistlərə, həm də sionistlərə ifrat millətçi-şovinizm, o cümlədən açıq antikommunizm xas idi. Gestaponun analizinə görə, bu iki xüsusiyyət sionistlərlə işbirliyinə getməyə kifayət edirdi. Faşistlərin sionistlərə verdiyi “Qoqenştayn” gəmisi sionist-nasist dostluğunun simvoluna çevrilmişdi. Bu gəmi 1935-ci ildə göyərtəsində yəhudi kolonistlərlə dolu Bremerqrafdan Hayfaya gələndə üstünə yeni adı- “Tel-Əviv” yazılmışdı. Svastika bayrağı asılmış gəminin kapitanı faşist partiyasının köhnə üzvü Leydiq idi. Bütün bu faktlar onu göstərir ki, nasistlərlə sionistlər arasında ittifaq sionist tarixçilərinin təqdim etdiyi kimi müvəqqəti və təsadüfi deyil, planlı və strateji xarakter daşıyırdı. Məhz bu ittifaqın nəticələrindən vəcdə gələn Ümumdünya Sionist Təşkilatının rəhbəri Xaim Veysman (İsrail yarananda ilk prezidenti oldu) 2 mart 1943-cü ildə “Nyu-York Tayms” qəzetində bildirmişdi: “Tanrı Fələstinin qapılarını yəhudi vətəninin sahillərini görməyi arzulayanların hamısı üçün açacaq”.

Комментариев нет:

Отправить комментарий