Страницы

12.02.2019

1944-cü ildə Sovet qoşunlarının zərbələri nəticəsində Hitler ordusu tab gətirməyərək geri çəkilərkən də sionistlər öz köməklərini təklif etdilər. Qoşunların təcili yerdəyişməsi və cəbhənin dişbatan yerlərinə konsentrasiya olunması üçün alman komandanlığına minlərlə yük maşını lazım idi. Nasistlərlə əməkdaşlıq edən Macarıstan sionistlərinin lideri Coel Brand bu işlə bağlı təcili Konstantinopola gedib içlərində İsrailin gələcək prezidenti Xaim Veysmanın da olduğu Yəhudi Agentliyinin rəhbərliyi ilə görüşdü. Yəhudi Agentliyi heç bir tərəddüd etmədən ABŞ və İngiltərədən 10 min yük maşını alıb alman ordusuna göndərəcəyini bildirdi. Sionistlər həmişə Sovet İttifaqını və onun ordusunu özlərinin qatı düşmənləri kimi görürdülər. Lakin Brandın Hələbdə ingilislər tərəfindən həbs olunması bu işi yarımçıq qoydu. Müharibədən sonra bir sıra yəhudi təşkilatları Brandı satqınçılıqda günahlandırdılar. 1964-cü ildə, ölümünə az qalmış o belə bir etiraf etdi: “Mən milyona yaxın insanın taleyinə görə cavabdehlik daşıyırdım. Mən gecə və gündüz onlar haqqında düşünürəm, özümü bağışlaya bilmirəm”.

Комментариев нет:

Отправить комментарий