Страницы

12.02.2019

Alman jurnalisti Xayns Xene göstərir ki, “sionistlər Almaniyada nasistlərin hakimiyyətə gəlməsini milli fəlakət kimi yox, öz niyyətlərini həyata keçirmək üçün unikal imkan kimi qəbul etdilər”. Ümumdünya Sionist Təşkilatının prezidenti Naum Qoldman öz “Avtobioqrafiya”sında yazır ki, məhz nasistlərin yəhudilərə təzyiqləri yəhudilərin “həmrəyliyinə” və sionizmin qələbəsinə gətirib çıxardı: “Nasistlərin milyonlarla yəhudini dəhşətli şəkildə qırmasının səmərəli nəticəsi bu vaxta kimi indiffirent qalan beyinlərin oyanması, həmin həmrəyliyin yaranması oldu”. Sonradan ABŞ-a köçmüş və Amerika Yəhudi Konqresinə rəhbərlik etmiş ravvin İoaxim Prinç Berlində 1934-cü ildə çap olunmuş “Biz yəhudilər” kitabında nasional-sosialistlərin hakimiyyətə gəlişindən sevincini gizlətmirdi və açıq-aşkar yazırdı: “Nəhayət ki assimilyasiyaya son qoyulmuşdur və yəhudilər yenə də yəhudi olacaqlar”. Amerikan tarixçisi Norman Kantor bildirir: “Jabotinski və Beqin nasistləri alqışlayırdılar. Onlar ümid edirdilər ki, nasistlər Avropa yəhudilərini Fələstinə qovacaqlar”.

Комментариев нет:

Отправить комментарий