Страницы

04.02.2019

 1941-ci ilin yayında SSRİ-yə soxulan 5 milyonluq alman ordusunun 900 mini avropalılar- italyanlar, ispanlar, fransızlar, hollandlar, finlər, rumınlar, macarlar və s. idi. Təkcə 1942-ci ilin ilk aylarında alman ordusuna kömək üçün Avropadan 39 diviziya göndərilmişdi. 1942-ci ilin payızında Rusiya ərazisində olan düşmənin 266 diviziyasından 193-ü almanlardan, 73-ü isə avropalılardan- italyanlardan, ispanlardan, rumınlardan, macarlardan və s. ibarət idi.
 Bir çox katolik yepiskopları SSRİ-yə hücuma xeyir-dua verərək bunun “Avropa Xaç Yürüşü” olduğunu bildirmişdilər. Almaniya ilə birgə İtaliya, Macarıstan, Rumıniya, Slovakiya, Xorvatiya, Finlandiya da rəsmən SSRİ-yə müharibə elan etmişdilər. Alman ordusuna Macarıstan 500 min, Finlandiya 450 min, İtaliya 200 min, Rumıniya 200 min, Fransa 180 min, Slovakiya 90 min, Belçika, Hollandiya və Lüksemburq 110 min, İspaniya, İsveç və İsveçrə 50 min əsgər vermişdilər. Bundan başqa Danimarka, Norveç, Albaniya, Bosniya, Bolqarıstan, Makedoniya, Latviya, Litva, Estoniya da alman ordusuna əsgər yollamışdılar. Amerikan tarixçisi Corc Steynin fikrincə alman ordusunda 50 min holland, 20 min belçikalı, 6 min danimarkalı və norveçli vuruşurdu. Polşa pasportu daşıyan 100 min adam alman ordusunda xidmət edirdi. Hələ bu harasıdır, indi genosid iddiası ilə almanlardan kompensasiya qoparan yəhudilər belə Hitlerin qulluğundaydılar: Sovet ordusuna əsir düşən alman əsgərlərinin içində 10 min yəhudi də vardı. Satqın Vlasovun ordusundan əsir düşənlərin 171 nəfərinin yəhudi olduğu üzə çıxmışdı və onlar 1949-cu ildə SSRİ-də qeydiyyata salınmışdılar. Antihitler koalisiyasının əsir götürdüyü əsgərlər arasında da çoxlu yəhudilər vardı. Alman hərbi zavodlarında on minlərlə yəhudi çalışırdı.

Комментариев нет:

Отправить комментарий