Страницы

12.02.2019

İsrailin baş naziri Qolda Meir memuarlarında göstərir ki, 1943-cü ildə Fələstində 130 minlik yəhudi ordusu vardı. Nədənsə həmin silahlı yəhudiləri Avropaya yollanıb alman faşistləri ilə vuruşmaq və öz soydaşlarını xilas etmək maraqlandırmırdı. Halbuki onlar Fələstində aktiv şəkildə terror aksiyaları həyata keçirir, demək olar ki hər gün qətllər və partlayışlar törədirdilər. 130 minlik yəhudi ordusundan cəmi bir dəfə soydaşlarını xilas etmək üçün 32 nəfərlik qrup Avropaya göndərilmişdi, lakin onlara da almanlarla döyüşmək qismət olmamışdı- Yəhudi Agentliyinin yerli nümayəndəsi, tanınmış sionist İzrael Kastner onları satmışdı və almanlar tərəfindən tutularaq güllələnmişdilər. Amma İsrail dövləti yarandıqdan sonra həmin İzrael Kastner mühüm dövlət postuna oturmuşdu.

Комментариев нет:

Отправить комментарий