Страницы

04.02.2019

Rem olmasaydı, Hitler siyasi pyedestala qalxa bilməzdi. Rem bütün sağ partiyaların hərbi birləşmələrini SA-nın tərkibinə cəlb etmişdi. SA hər il 250 min əsgər hazırlayıb alman ordusuna verirdi. SA ölkənin ictimai-siyasi həyatında əsas gücə çevrilmişdi. Lakin SS yaranandan sonra SA ikinci plana keçdi. Hitlerdən fərqli olaraq Rem kommunistlərə düşmən münasibət bəsləmirdi və onları müttəfiq sayırdı. 4,5 milyon üzvü olan nəhəng SA qruplaşmasına rəhbərlik edən Rem istəyirdi ki, alman ordusu onun milis prinsipi əsasında təşkil olunsun, lakin Hitlerə SSRİ-nin üzərinə hücum etmək üçün yetkin ordu lazım idi. Hitler SA-nı “partiya tapşırıqlarının yerinə yetirilməsində” əsas alət kimi görmək istəyirdi, amma Rem buna imkan vermirdi və SA-nı rezevr ordusu kimi görürdü. Yeni yaradılan SS isə Hitlerin azğın tapşırıqlarını canla-başla yerinə yetirdi və terrora start verdi. SS insanların irqi fərqlərə, siyasi baxışlara və dövlət mənsubluğuna görə məhv edilməsinin əsas təşkilatçısına çevrildi. SA-nın öz planlarına mane olan rəhbər təbəqəsini də Hitler elə SA-nın içindən yaratdığı həmin SS ordusunun köməyi ilə məhv etdi. Maraqlıdır ki, Nürnberq tribunalı SS-si insanlığa qarşı hərbi cinayətlər həyata keçirmiş terror təşkilatı kimi qəbul etsə də, SA-nı cinayətkar təşkilat kimi tanımadı.

Комментариев нет:

Отправить комментарий