Страницы

12.02.2019

Sionizmlə nasizmin əməkdaşlığı- təkzibolunmaz faktdır. Qeyd etmək lazımdır ki, 1930-cu illərdə Almaniyada sionist təbliğatı sönmək əvəzinə öz aktivliyini daha da gücləndirmişdi. “Almaniyada sionist fəaliyyəti görünməmiş vüsət almışdı”- Amerikanın “Yəhudi Ensiklopediyası” razılıqla yazırdı. Sionist fondları əvvəl aldıqlarından 3 dəfə çox maliyyə almağa başlamışdılar, sionistlərin “Yudişe rundşau” qəzetinin tirajı 5 mindən 40 minə qalxmışdı. Nürnberq qanunlarından biri ondan ibarət idi ki, Almaniyada svastikalı faşist bayrağından və ağ-göy rəngli sionist bayrağından başqa bütün bayraqlar qadağan olunurdu. Yəhudilərin həyatının total təhlükə altına alındığı bir zamanda Berlin küçələrində sionistlərin “Yudişe rundşau” qəzeti azad satılırdı və yəhudilərin mitinqlərində gələcək İsrailin bayrağı svastikalı bayraqla yanaşı dalğalanırdı. Almaniyada bütün yəhudi təşkilatları qadağan olduğu halda sionistlərin “Beytar” hərbi təşkilatı azad fəaliyyət göstərirdi. “Beytar” təşkilatının millətçiliyi İngiltərəyə, solçulara və ərəblərə qarşı yönəlsə də, almanlara toxunmurdu. Gənc sionistlər sərbəst şəkildə mitinqlər, konfranslar keçirir, yay düşərgələrinə yığışır, idman tədbirləri təşkil edir, kənd təsərrüfatı bacarıqlarını öyrədən dərslərə qatılırdılar. Almaniyada sionistlərə həm öz formalarını geyinməyə, həm də millətçi ədəbiyyatlarını çap edib yaymağa icazə verilmişdi. Mahiyyətinə görə “Beytar” publisistikası gənc nasist ədəbiyyatı üslubunda idi.

Комментариев нет:

Отправить комментарий