İndi qarşıma musavatçıların bir məqaləsi çıxdı. Nə vaxtsa o cümlədən ABŞ-ın sponsorluğu ilə fəaliyyət göstərən "Exo" qəzetində dərc edilibmiş.
Məqalə "Lənkəranda ermənilərin müsəlmanlara etdiyi soyqırıma" həsr olunub.
1918-1919-cu illərdən danışırlar, gah "erməni-bolşevik dəstələri", gah "Denikinin dəstəsində xidmət edən ermənilər" yazır müəllif...
Elə abzas var ki, həm "erməni-bolşevik dəstəsi", "həm denikinçi ermənilər" yazır...
Məqalənin müəllifi tarix üzrə fəlsəfə doktorudur. Ziyalı, milli qaymaq. Xalqının azyaşlı qızları fahişəlik edir gözünün qabağında, popası çatmır günümüzdəki tarixdən 1-2 söz desin... Ortastatistik ləyaqətsiz, yaltaq.
Denikinin ağqvardiyaçı, antibolşevik, qərb imperializminin tulası olduğunu biz bilirik.... Azərbaycanda Denikinin kim və nə olduğunu bilməyən bir sürü adam var. Oxuyurlar, inanırlar- yalanı, ziddiyyəti tutmurlar...
Bu müsavatçıların qəhbə gebbelsliyinin miqdarı, miqyası yoxdur. Saysız-hesabsız belə məqalələri, kitabları var.... Hər gün burjua KİV-ləri miqdarsız yalan-böhtan yaymaqla məşğuldurlar.
Azərbaycanın saysız problemləri qalıb bir kənarda, bunlar hələ də bolşeviklərlə, Stalinlə, SSRİ ilə məşğuldular.
Çox qorxurlar.
SSRİ-də mənəvi qəhbələrə yaşamaq zülm idi - sosializmdə zülm çəkəcəklərindən qorxurlar.
Günümüzdə xalqın gördüyü zülmü unutdurmaq üçün bolşeviklər və Sovet sosializmi haqda müxtəlif dəhşətlər uydururlar. Ki xalq o dövrdən daha çox qorxsun, bu müsavatçı dövrə şükr eləsin...
Hə, bir də onu bilin ki, Rusiyada Denikin, ağqvardiyaçılar qalib gəlsəydi, erməni millətçiləri və faşistləri Azərbaycanı şumlayacaqdılar. Oturun durun Leninə dua edin!
Şəkildə Kolçakın ağqvardiyaçılarıdır, öldürdükləri bolşeviklərin cəsədları yanında poz verirlər... Denikinlə Kolçakın məzmunca heç bir fərqi olmayıb. Belə şəkilləri Rusiyanın sağçıları və liberalları da payıaşıb "bolşeviklər öldürdüyü kəndlilərlə" məzmunda şərhlər yazırlar...
Комментариев нет:
Отправить комментарий