“Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır”.
Bizimyol.info xəbər verir ki, bunu parlamentdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. O, paytaxtın mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşadığını və həmin problemlə üzləşdiyini bildirib: “Biz qonşularla birgə bezdik və köçmək məcburriyyətində qaldıq. Kimsə özünü qanundan yuxarı göstərir. Belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların belə yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.
Deputat Araz Əlizadə də bildirib ki, Azərbaycanda “seks turizmi” yaranmağa başlayır: “Biz Filippinə, Taylanda çevrilmək istəyirik?! İstəsək də bunu yarada bilməyəcəyik. Binalarla bağlı isə onu deyə bilərəm ki, bu cür hostellər yaradılırsa, onun ayrıca giriş qapısı olmalıdır”.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov isə deyib ki, hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir: “Sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var. Bu problemlərin həll edilməsi mümkündür. Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.
Комментариев нет:
Отправить комментарий