Страницы

14.06.2019

Rusların geri qaytardığı pomidoru biz yeyəcəyik?

Bir neçə gün əvvəl Rusiyanın Stavropol və Karaçay-Çərkəz üzrə Kənd Təsərrüfatına Nəzarət İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsulları aşkarlayıblar. Azərbaycandan ümumilikdə 36,5 ton çəkidə təzə pomidor partiyası gəlib. Yoxlama zamanı məhsullarda Cənubi Amerika tomat güvəsi aşkarlanıb. Onun mövcudluğu laborator ekspertizalarda da təsdiqini tapıb və məhsullar geri göndərilib. 
Bu hadisədən sonra ortaya belə bir sual çıxır. Geri göndərilən külli miqdarda pomidorların aqibəti necə olacaq?
Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, geri qaytarılan pomidorların aqibəti qaranlıqdır: "Nəinki satılan pomidorlar, hətta, o geri qaytarılan pomidorların aqibəti qaranlıqdır. 22 ildir ki, mən islehlakçı hüquqlarını qoyururam və cəmi iki dəfə ictimai məhvetmədə iştirak etmişəm. O da çox çətinliklə. Mən həmişə demişəm ki, ey dövlət orqanları, ey biznes sahibləri əgər siz bizneslə məşğul olursunuzsa, camaatın qeydinə qalırsınızsa, ictimai məhvetməyə KİV-i çağırın. Həmin prossesi açıq və şəffaf edin. Amma ki bu məsələ hələ də yoxdur. Azərbaycanın 4 məhsulu Avropa bazarına çıxır. Qoz, fındıq, balıq və balıq məhsulları, bir də kürü. Qalan məhsullarımız Rusiya bazarına çıxır və orada da problemlər yaşanır. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi Hacıqabulda, Saatlıda, Sabirabbadda insanlar arasında treniniq aparır və əhalini maarifləndirir. AİB Qida Təhlükəsizlik Agentliyinə də müraciət edib rəsmi məlumat verib ki, gəlin camaatı başa salın. Biz həmişə ictimai dəstək verməyə hazırıq. Problemlər var və heç kəs də onu yoxlamır".
Geri qaytarılan pomidorların bizim bazarlara çıxarılması mövzusuna da toxunan ekspert bildirib ki, qaytarılan məhsullar zavodlara veriləcək: "Zavodlara veriləndən sonra həmin bakteriyalarla tomatlar hazırlanacaq. Bir sözlə hər şeyin son ünvanı biz istehlakçılarıq. Bizim də belə olmağımız uşaqlarımızda, klinikalarda nəvələrimizdə görünür. Hipokrat deyirdi ki, biz nə yeyiriksə oyuq". /yenisabah.az/

Комментариев нет:

Отправить комментарий