Aslan Aslanov: “Azərbaycan ərazisindən neft və qaz qeyri-qanuni yolla oğurlanır. Neft və qaz SSRİ-yə məxsusdur. Neft və qazın yiyəsi SSRİ-dir, onları yalnız SSRİ çıxarda bilər. Amma neft və qazı SSRİ çıxartmır, SSRİ-dən qondarma yolla ayrılmış separatçı respublika, separatçı respublikanın qondarma hakimiyyəti və Qərb bir yerdə təbii sərvətlərimizi oğurlayırlar. Bəli, bu satma prosesi deyil. Təbii sərvətlərimizin yiyəsi onlar deyil, -nə indiki Azərbaycan hakimiyyəti, nə də Qərb- neft və qazın yiyəsi SSRİ-dir. Son 29 ildə SSRİ-nin təbii sərvətləri beləcə talanır, indiki qeyri-legitim, qondarma hakimiyyət Qərblə bərabər təbii sərvətlərimizi oğurlayır. Oğurluğun 90 faizini Qərb yerinə yetirir; yerin altından özünə aid olmayan şeyi çıxardır, 90 faizini özü oğurlayıb götürür, 10 faizini də onunla əlbir, işbirliyində olan indiki qondarma Azərbaycan hakimiyyətinə verir. 1 nömrəli oğru Qərbin özüdür”.
Комментариев нет:
Отправить комментарий