“ABŞ-ın sonu çatıb”- bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin deyib.
“ABŞ dövlətlərə sağ və soldan yara verir. Bu ölkələrin ABŞ-a cavabı qorxulu olacaq. Onların zərbəsindən sonra isə ABŞ sağalmayacaq. Belə zərbə çoxqütblü dünyanın yaradılması və Qərbə qütblərdən birinin tutulmasının təklif edilməsi olacaq. Biz onu hansısa daxili problemlərin həllinə dəvət etməyəcəyik, biz tədricən onu Avrasiyadan çıxaracağıq və daha heç bir ABŞ bazası Avrasiya, Sakit okean və Afrikada olmayacaq. Sanksiyalar altında olan və birləşən ölkələr Amerika imperiyasının sonunu yaxınlaşdırır. Bu, mənə SSRİ-nin son günlərini xatırladır. Kremldə SSRİ-nin parçalanmasının mümkün olmasına inanmaqdan imtina edirdilər, respublikalarda isə görürdülər ki, az sonra SSRİ-nin sonu çatacaq. Bu gün ABŞ-ın xaricində olan hər kəsə aydındır ki, ABŞ hegemoniyası qorunub saxlana bilməz”, - deyə o bildirib.
Duqin artıq bir sıra dövlətlərin Amerikaya yatırım edə bilməyəcəklərini anladıqlarını, belə ölkələrin öz suverenliklərini qorumağa və öz aralarında əməkdaşlıq formatı yaratmağa çalışdıqlarını deyib: “Çox ağıllı siyasət aparan Azərbaycan da bu ölkələrə aiddir. Mən hesab edirəm ki, İlham Əliyev Cənubi Qafqazın ən uğurlu lideridir. O, praqmatik, realistdir. O, çox əmin şəkildə dövlətin gəmisini doğru kursda aparır və özünün ağıllı siyasətiylə Azərbaycan artıq çoxqütblü dünyada yerini təmin edib. Bu yer o demək deyil ki, Azərbaycan Rusiya, Çini izləyəcək. Bu, o deməkdir ki, Azərbaycan yalnız öz maraqlarını izləyəcək. Məhz bu mövqe Azərbaycanın çoxqütblü dünyada müstəqilliyini və yerini təmin edir. Azərbaycanın yeri gələcəyin sahibi olanların yanıdır”. /axar.az/

Комментариев нет:
Отправить комментарий