Страницы

03.09.2019

Rusiya

Ömrüm, günüm bağlı sənə
Şanlı, şöhrətli Rusiya.
Əzəl gündən anasan mənə.
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə
Böyük, qüdrətli Rusiya.
Müqəddəs daşın var, torpağın var
Bizə candan da əzizdir.
Al rəngli, müzəffər bayrağın var
Günəş qədər o təmizdir.
Mən sənin uğrunda vuruşlardan,
Oddan, alovdan keçərəm.
Dağ kimi möhkəməm etibarda,
Yolunda candan keçərəm.
Ömrüm, günüm bağlı sənə,
Şanlı, şöhrətli Rusiya
Əzəl gündən anasan mənə,
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə,
Böyük, qüdrətli Rusiya.

İfa: Şövkət Ələkbərova, Azər Zeynalov  Musiqi: Tofiq Quliyev  "Bəxtiyar" k/f-dən, 1955

Комментариев нет:

Отправить комментарий