Öz dövründə bu hadisə bir neçə nəfərdən başqa kimsəyə məlum deyildi. Bunun da səbəbləri vardı. Bakıda həm adlı-sanlı milyonçu, həm də qoçu kimi məşhur olan Teymur bəyin evindən oğurluq edilməsi ağlabatan məsələ deyildi. Çünki onu tanıyan bir kimsənin belə hərəkətə cəsarəti çatmazdı. Ona sataşmağa cəhd eləmək əzraillə çiling-ağac oynamaq kimi bir şey idi. Kimsənin ağlına gəlməyən hadisə baş vermişdi...
Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O eyni zamanda mütərəqqi düşüncəli bir insan idi. Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi ilə fərqlənirdi. O məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tuturdu. Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən Bakı milyonçuları, o cümlədən Aşurbəyovlar onun tikintisinə böyük miqdarda vəsait ayrımışdılar.
Son dərəcə zövqlə geyinən, yüksək mədəniyyətə malik olan Teymur bəyi avropalılar sayağı qara frakda, kəpənək qalstukda, qızıl pensnedə görərdilər. Hərdən də milli formada, arxalıq, çuxa geyərdi. Başına da Buxara papaq qoyardı. Mauzeri də ki həmişə üstündə.
Günlərin birində o axşam hansısa nurani məclisdən evinə qayıdır. Öz otağına keçib, üzərindəki bütün qızıllarını, qiymətli əşyalarını adəti üzrə çıxararaq stolun üzərinə yığır və yatağına uzanır. Teymur bəy yataq otağında qiymətli əşyalarını gizlədəsi deyildi ki. Qeyd etmək lazımdır ki, onun yataq otağı evin sonuncu, üçüncü mərtəbəsində yerləşirdi.
Hadisə yay fəslinə təsadüf edir. Şirin yuxudan oyanan Teymur bəy səhər yerindən qalxıb paltarını geyir. Lakin stolun üzərindəki qiymətli əşyaları - qızıl pensne, qızıl saat, barmaqcıl, "sepoçka" gözünə dəymir. Şübhəsiz ki, evdə kiminsə əşyaları götürməsi onun heç xəyalına da gəlməzdi. Odur ki, yerini səhv saldığını güman edərək bütün otağı ələk-vələk edir. Lakin heç bir nəticə hasil olmur.
Axırda naəlac qalıb evin adamlarını bir-bir yanına çağırır. Məlum olur ki, heç kimin bu məsələdən xəbəri yoxdur. Deməli, belə çıxırdı ki, evə oğru giribmiş. Teymur bəyin yatdığı otaqdan oğurluq etməyə kimin cürəti çatmışdı? Çox maraqlı idi. Fakt bu idi ki, zinət əşyaları yoxa çıxmışdı. Teymur bəy ailə üzvlərinə bərk-bərk bu barədə kənarda bir kəlmə də danışmamağı tapşırır... Olay Teymur bəy kimi şəxsiyyət üçün əsl biabırçılıq idi. Nə açmaq olardı bu söhbəti, nə də bükmək.
Hər halda nə yolla olursa-olsun, bu oğru tapılmalı idi. Kiminlə isə məsləhətləşmək gərək idi. Çox fikirdən sonra Teymur bəy ən etibar etdiyi dostlarından biri, Göygöz Hacı Məmmədhəsənlə dərdini bölüşmək qərarına gəlir.
Hacı Məmmədhəsən "Suraxanski" (köhnə "1may", indiki Ç. Mustafayev) küçəsi ilə "Uqol Verxnı Naqornı"nın kəsişdiyi yerdə (Sovet küçəsindən bir tin aşağıda) yaşayırdı. O da əsasən ticarətlə məşğul olurdu, eyni zamanda qoçu sayılırdı. Həmin məhəllədə bütün haqq-hesablar onun sözü ilə həll olunardı. Bu əraziyə "Hacı Məmmədhəsən məhəlləsi" də deyilərdi. Hətta oradakı məsciddə namaz qıldığına görə bu müqəddəs ocağa da onun adı verilmişdi. Baxmayaraq ki, tikdirən tamam başqa adam olmuşdu. Bir sözlə, o bu ərazidə böyük nüfuza malik olan bir şəxsiyyət idi. Hacı Məmmədhəsən yaşca Teymur bəydən xeyli böyük olub.
Teymur bəy öz adamlarından birini göndərir ki, Hacı Məmmədhəsənə deyin bir bizə zəhmət çəksin, onunla söhbətim var. Kifayət qədər yaxın münasibətləri olduğundan bu çağırışı eşidən Hacı Aşurbəyovgilə təşrif buyurur. Teymur bəy öz otağında onu qəbul edir. Oturub bir xeyli söhbətləşir, şəhərdəki xaosdan danışırlar. Nəhayət ki Teymur bəy öz başına gələn hadisədən Hacını hali edir. Sözsüz ki, bu məsələ qoçunu da heyrətləndirir:
- Teymur bəy, bu çox qəliz məsələdir, - deyir. – Mənə də maraqlıdır, sənin evindən oğurluq etməyə kimin cəsarəti çatıb? Heç cür ağlıma batmır. Mən bu məsələyə aid heç bir söz deyə, kimdənsə şübhələnə bilmərəm. Mənə iki gün möhlət ver, sonra bir cavab göndərərəm.
Teymur bəy onun bu sözlərini eşidib:
- Olsun. Ancaq bir şeyi də deyim ki, səndən cavab gəlməyincə, mən bu evdən eşiyə çıxası deyiləm,- söyləyir.
Göygöz Məmmədhəsən qapıda ayaq saxlayır:
- Danışdıq. Amma bir şərtim var, Teymur bəy. Biz kişiyik. Əgər oğruları tapsam, onların kimliyini məndən soruşmayacaqsan. Cəzalarını özüm verəcəyəm. Razısan?
- Söz verirəm. İşində ol.
Hacı Məmmədhəsən Teymur bəylə xudahafizləşib evdən çıxır.
Bir saat sonra Hacının mənzilində məşvərət yığıncağı (sxodka) çağırılır. Malbaş Yusif, Dağlı Musa, Həmşəri Hüseyn, Təkdəst Ağamusa bu olayda öz adamlarının əllərinin olmadığını bildirirlər. Qərara alınır ki, qoçular öz adamlarına göstəriş versinlər, elə bu gündən oğruların axtarışına başlanılsın. Sözsüz ki, bu ərazidə baş verən bütün oğurluq hadisələri onların nəzərindən yayına bilməzdi.
Səhərisi günün axşamı Teymur bəyin evinə girmiş oğrular tapılır. Bunlar on və on üç yaşlarında olan iki uşaq - Molla oğlu Qədirlə "Loxmatıy" ləqəbli Atamoğlan idi. Sən demə, onlar törətdikləri əməlin fərqinə də varmamışdılar. Uşaqlar damdan sallanan navalça ilə üçüncü mərtəbəyə dırmaşıb, pəncərədən içəri girmişdilər. Götürdüklərinin heç birini xırıd edə bilməmişdilər.
Səhəri gün bütün aparılan şeyləri bir bükülüyə yığan Hacı Məmmədhəsən Teymur bəyin yanına gəlir. Bükülünü onun qarşısına qoyub:
- Sözümüz sözdür, sən məndən heç nə soruşmursan, - deyir.
Teymur bəy özünü saxlaya bilmir:
- Hacı, kişi kimi söz danışmışıq. İndi də vədimin üstündəyəm. Söz verirəm ki, onlarla işim olmayacaq. Sadəcə görmək istəyirəm, kimdir evimə girənlər. O kəslərə mükafat verəcəyəm,- deyərək israr edir.
Hacı adam göndərərək Dağlı Musadan uşaqların gətirilməsini rica edir. Aradan az keçmiş onları gətirirlər. Teymur bəy görür ki, həqiqətən də bunlar körpə, kasıb uşaqlardı. Gülümsəyərək:
- Oğlanlarım, indi danışın görək, necə etdiniz bunu? - soruşur.
Uşaqlar hər şeyi olduğu kimi söyləyirlər. Teymur bəy onların mətbəxə aparılaraq doyunca yedirdilməsi barədə göstəriş verir, yaxşı əyin-baş aldırır. Üstəlik də hərəsinə xeyli pul verib, yola salır. Hacı Məmmədhəsənin də hörmətini edir.
Bu məsələ beləcə qan-qadasız, sakitcəsinə həll olunur...
Molla oğlu Qədir yaşa dolandan sonra da oğurluq əməllərindən əl çəkmir, həyatının tən yarısını qazamatlarda çürüdür, ömrünün yeddinci onilliyində dünyasını dəyişir.
Ondan üç yaş böyük Loxmatı Atamoğlan isə altmışıncı illərin əvvəllərində cəza yerindən buraxılandan sonra Moskvada məskunlaşıb, Qorki adına parkda kafe-restoran müdiri olub, 91 yaşında dünyasını dəyişib.
Bəhram Çələbi azvision.az

Комментариев нет:
Отправить комментарий