Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bildirib ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır.
“Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”,- deyə dövlət başçısı bildirib.
bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bidirib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur. “Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Prezident sığortaçıların oyununu dağıtdı. Əhalini cərimələmək yox, maarifləndirmək lazımdır. Onlar əhalini qorxudurdu ki, evini sığortalamayan cərimələnəcək. Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. Daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur. Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq”- deyə ekspert bildirib.

Комментариев нет:
Отправить комментарий