"Onu qəhrəman etməyin heç bir mənası yoxdur"
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun FETÖ/PDY istintaqı çərçivəsində saxlanılmasına münasibət bildirib.
Araz Əlizadə demokrat.az-a açıqlamasında deyib ki, əgər kimsə xarici ölkədə cinayət törədirsə, burada Azərbaycan dövlətinin adının hallandırılması yolverilməzdir: "Mən o adamlara demək istəyirəm ki, kimsə gedib haradasa nə isə edirsə, bunu Azərbaycan dövlətinin üzərinə yıxmaq gülüncdür. Əvvəla, Mübariz Mənsimov Azərbaycan vətəndaşı deyil. Digər tərəfdən isə Azərbaycan dövləti onun hərəkətlərinə cavabdeh deyil. Mübariz Mənsimov xarici ölkə vətəndaşıdır və Türkiyədə bizneslə məşğul olur. Eşitdiyimə görə, Mübariz Mənsimov son vaxtlar xaricdə biznesdən kənar işlərə baş qoşurdu. Yəqin ki, bu səbəbdən də ona cinayət işi açılıb. Ancaq mənim cinayət işinin detallarından xəbərim yoxdur".
Araz Əlizadə Mübariz Mənsimovun həbsinin siyasiləşdirilməsini düzgün hesab etmədiyini söyləyib: "Onun həbsini siyasiləşdirmək doğru deyil. Mübariz Mənsimov neçə illərdir ki, xaricdə biznes fəaliyyəti ilə məşğul olur. Əgər onu siyasi fəaliyyətinə görə həbs etmək istəsəydilər, indiyədək edərdilər. Onun insanlara yardım göstərməsini də siyasiləşdirmək lazım deyil. Əvvəla, o hamıya kömək etməyə borclu deyil. Digər tərəfdən isə əgər onun yaxşı imkanı varsa, o zaman bir azərbaycanlı digər azərbaycanlıya kömək etməlidir. Bir daha deyirəm ki, buna görə onu qəhrəman etməyin heç bir mənası yoxdur. Mübariz Mənsimov Türkiyə vətəndaşıdır və bütün məsuliyyəti həmin dövlət daşıyır".

Комментариев нет:
Отправить комментарий