Страницы

15.10.2020

Erməni əsgər böyük itkiləri olduğunu etiraf edib kövrəldi

Ermənistan KİV cəbhədə baş verənləri öz oxucularına çatdırmaq üçün tez-tez reportajlar hazırlayır.
Bu reportajlardan birində maraqlı bir kadr diqqət çəkib.
Düşmən əsgəri Aram müharibə haqda öz fikirlərini bölüşüb.
O bildirib ki, bu son döyüşlər daha böyükdür: "Nə deyə bilərəm? Məncə, bu, elə-belə qurtaran iş deyil. Ağlınız Aprel müharibəsinə getməsin. Məsələ uzanır... İtkilər... O qədər uşaqlar getdi".
Erməni əsgərin danışarkən çətinlik çəkməsi və kövrəlməsi bir növ Ermənistan ordusunun döyüşlərdəki vəziyyətini əks etdirir. Orduda döyüş ruhu çox aşağı səviyyədədir və artıq hərbçilər də məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başlayıblar. /baku.ws/

Комментариев нет:

Отправить комментарий