Страницы

11.12.2020

"İLİŞƏN" İCRA BAŞÇISININ “TIR” BİZNESİ

Xəbər verildiyi kimi, hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. 
Əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov həbs olunub.
Keçmiş İcra başçısı Əziz Əzizov vəzifəsindən azad edilərkən buna sevinənlər də olub, sevinməyənlər də. Amma sakinlərin böyük əksəriyyəti deyib ki, çoxunuz Ə.Əzizovun ölənlərinə rəhmət oxuyacaqsınız.
Namiq Zeynalov rayona İcra başçısı təyin edildikdən sonra bir müddət sonra isə rayon sakinləri “Qaynana” filmindəki kimi Nəsibə xanımın diliylə desək, “Hardasan ay Sevda?” deməyə başlayıblar və Ə.Əzizovun ölənlərinə həqiqətən rəhmət oxuyublar.
Rüşvətə start verən N.Zeynalovun rayonda qalmaqala səbəb olan bizneslərindən biri də “TIR” dayanacağı olub. Hamıya məlumdur ki, Cəlilabad rayonun Maşlıq, Muğan, Söyüdlü və Kazımabad kəndləri geniş kartofçuluq təsərrüfatıyla məşğuldur. Hər il bu kəndlərdən Rusiyaya tonlarla kartof yola salınır. Yay aylarında Rusiyaya kartof daşımağa gələn “TIR”-lar kəndin yaxınlığında yerləşən “Dəyirman” kafesinin həyətində dayanırdı və sürücülər onlar üçün sərfəli qiymətə təklif olunan yeməklərlə qidalanırdılar. Bununla yanaşı, onlara yatmaq üçün yerlər də verilib. Bunu görən N.Zeynalov dərhal götür-qoy etməyə başlayıb. Əvvəlcə kafe sahibinin ona aylıq verməsini təklif edib. Lakin bu baş tutmadığı üçün o Muğan kəndinin girişində, keçmiş spirt zavodunun həyətində özünə “TIR”-lar üçün dayanacaq düzəltdirib. Daha sonra onun göstərişi ilə “Dəyirman” kafesinin həyətində olan bütün “TIR”lar ora göndərilib. 
Burda isə N.Zeynalov elə bir şərait yaradıb ki, sürücülər heç bir yerə gedə bilməyiblər. Onun təklif etdiyi xidmətlər bundan ibarət olub. Hər bir sürücü reysə çıxarkən 60 AZN yer haqqı verməlidir, bununla yanaşı onun bütün sənədləri dayanacaqda yerləşən ofisdə hazırlanmalı və pul da bura ödənməlidir. Daha sonra dayanacağın həyətində fəaliyyət göstərən kafedə sürücülər baha qiymətə fəaliyyət göstərən kafedə yemək yeməlidir. Sürücülərə yatmaq üçün yer təklif olunmadığı üçün onlar maşında yatmalı olublar. Sakinlər bildirir ki, ötən yay pandemiyaya görə kafelər işləməsə də məhz başçısının dayanacağında fəaliyyət göstərən kafe işləyib. Çarəsiz qalan sürücülər isə bütün bunlarla razılşamağa məcbur olublar. 
Zaman keçdikcə isə sakinlər bir çox rayonun icra başçısı kimi N.Zeynalovun da DTX tərəfindən həbs edilməsini arzu etməyə başlayıblar. Sakinlər bununla da rayonda məmur özbaşınalığına  son qoyulacağına ümid edirlər. /moderator.az/

Комментариев нет:

Отправить комментарий