Страницы

05.12.2020

“Son 25 ildə dünya Ermənistanı işğalçı kimi qəbul edib, bunun baiskarı sənsən” – Paşinyandan Koçaryana sərt ittiham

Ermənistanın Baş naziri Paşinyan sabiq prezident Robert Koçaryanın ittihamları ilə bağlı xalqa müraciət edib.
azpost.info bildirir ki, Paşinyan Qarabağ məsələsində diplomatik iflasla bağlı bütün ittihamları rədd edib və Ermənistanın son 25 ildə rəhbərlik edənlərə qarşı ittihamlar irəli sürüb.
Baş nazir videomüraciətində deyib ki, müharibədəki uğursuzluqdan sonra hər kəs son 25 ildə buraxılmış səhvlərin məsuliyyətini hazırkı hakimiyyətin üzərinə qoymağa çalışır.
“Məsələ o yerə gəlib çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran şəxs (Koçaryan-red) münaqişənin ərazi mübahisəsinə çevirlməsində bizi günahlandırır”.
Paşinyan deyib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağda apardığı əməliyyatı Bakının ərazü bütövlüyünü bərpası kimi qəbul etməsinin səbəbkarı da Koçaryan və sabiq hakimiyyət olub: “Bu ittihamı o adam edir ki, hakimiyyətdə olarkən beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi ittiham olunurdu, Koçaryan isə erməni cəmiyyətinə izah edirdi ki, “işğalçı” sözündə qorxulu və dəhşətli heç nə yoxdur”.
“Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə münasibəti 2020-ci ildə formalaşmayıb. Bu 25 il əvvəl formalaşıb. Qarabağ məsələsinə ərazi mübahisəsi kimi baxılıb və bu böyük problem olub. Ermənistanı işğalçı dövlət kimi qəbul ediblər. Son 2,5 ildə isə bu lənətlənmiş dairədən çıxmağa cəhd olunub”- deyə Baş nazir vurğulayıb.
Paşinyan deyib ki, Yerevanın münaqişənin həlli ilə bağlı danışıqlarda heç vaxt uğurları olmayıb. Baş nazir keçmiş hakimiyyəti diplomatik iflasda ittiham edib və danışıqlar prosesinin qısa tarixinə toxunub.
Paşinyan deyib ki, Madrid prinsipləri bu illər ərzində danışıqlar prosesində Ermənistanın əldə etdiyi uğur kimi təqdim olunurdu. Amma məlum oldu ki, məhz bu prinsiplərə görə, Qarabağ yalnız Azərbaycanın icazəsi və razılğı ilə müstəqillik əldə edə bilər.
Paşinyan 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın diplomatik müstəvidə uğursuzluğa düçar olduğunu deyib: “Diplomatik uğur nəyə deyirdiniz? 2016-cı ildə qəbul edilmiş təkliflərə? Oradan Qarabağın statusu məsələsinin çıxarılmasına? Deyirsiniz bizim Rusiya ilə pis münasibətlərimiz var, sizin yaxşı olub. Onda necə olur ki, bizim stratetji müttəfiqimizin təklifi ilə bu status məsələsi gündəmdən çıxarılıb? Ona görə ki, siz itaətkarcasına nə deyiblərsə onunla razılaşmısınız. Azərbaycanın müharibə etmək hüququnu legitimləşdirmisiniz”- deyə Paşinyan bildirib.

Комментариев нет:

Отправить комментарий