Страницы

05.03.2021

Belarusun dəyiri Pakistandan və İsraildən qat-qat çoxdu

Aftandil Babayev

Türkiyəli hərbi ekspertin ordumuz barədə verlişinə baxdım.
Demək Belarusiya Azərbaycana muasir silahlar satmaqla yanaşı, Azərbaycanda Sovetdən qalma bir çox silahları modernləşdirərək əla vəziyyətə gətirib.
Məhz Belarusun modernləşdirdiyi HHM-lər sayəsində ermənilərin şəhərlərimizə atdığı əksər raketlərin qarşısını elə havada kəsib, böyuk insan tələfatıının qarşısını ala bilmişik.
Belarusun Azərbaycana verdiyi hərbi fayda muharibə vaxtı bayraqlarını hər yerdə asdığımız Pakistandan, hətta İsraildən dəfələrlə çoxdu.
Amma bir dəfə də olsun bü ölkənin adı mətbuatda, televiziyalarda çəkilmədi.
Əksinə bizim axcp-müsavatçılar, liberallar və s.-lər Belarusda çevriliş cəhdi olarkən o qədər sevinirdilər ki, adam onların düşüncə qabiliyyətinə məəttəl qalırdı.
Bütun bunların bir səbəbi var. Ölkədə Qərbyönümlülərin apardığı təbliğat.
Belarus kimi hansı ölkə Amerika ilə yola getmirsə, -Azərbaycana verdiyi iqdisadi, hərbi və siyasi faydadan aslı olmayaraq- ölkəmizdəki Qərbyönumlulər ona düşmən gözu ilə baxır və xalqa da elə tanıdır.
Tərsilkdən də ölkəmiz dünyada Amerikanın ən böyük iki düşmənin arasında yerləşir.

PS: Təbliğatın gücünə bax ki, çox adam deyirdi o raketləri İsrailin bizə verdiyi dəmir qübbə vurur. Demək də olmurdu Azərbaycanda dəmir qubbə var ala?!

Комментариев нет:

Отправить комментарий