Страницы

18.05.2021

Belorusiya müdafiə naziri: Belorusiya Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb

"Belorusiya Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb".
Bunu Belorusiya Respublikasının müdafiə naziri Viktor Xrenin mayın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Nazir bildirib:
"Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belorusiyanın şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belorusiya isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o buna görə çox fəxr edir. Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belorusiya Respublikası adından təşəkkürümü bildirmək istərdim".

Комментариев нет:

Отправить комментарий