Страницы

17.05.2021

Ermənilər general Muradovdan şikayətləndilər

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.
Ermənistan KİV xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeevin təyin olunması gözlənilir.
Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.
Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, general Muradov Ermənistan hakimiyyətinin diversantların qaytarılması ilə bağlı yalan məlumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.

Комментариев нет:

Отправить комментарий