Страницы

17.06.2021

Qasim Süleymani - İraq şiələrinin xilaskarı

Altı il öncə, iyun ayında İŞİD İraqda əvvəlcə Mosulu, sonra isə Tikriti ələ keçirdi. Ardınca bir çox yerləri ələ keçirən İŞİD, qətliamlar törədərək böyük cinayətlər törətdi. Ayın sonlarında isə xilafət elan etdi.
Danışan Mərhum Ayətullah Seyid Hüseyn Bürucerdinin nəvəsi, Ayətullah Seyid Ələvi Bürucerdidir. Qasim Süleymaninin Suriya və İraqda təkfirçi terrorçulara qarşı göstərdiyi fəaliyyət haqda danışır. Altı il öncə, iyun ayının 11-də İŞİD Amirlini mühasirəyə almışdı. Seyid Ələvi Bürucerdi Qasim Süleymaninin Amirlinin müdafiəsi haqda etdiklərinə işarə edir.
"Və yenə yadımdadır, İŞİD, əhalisi şiə olan İraqın Amirli şəhərini mühasirəyə almışdı . Amirlidə təxminən 20-30 min şiə yaşayır. Təxminən 1 ay onlar müqavimət göstərdilər. Şəhərdən çıxmağa heç bir yolları yox idi, çörək və su da bitmək üzrə idi. Silahın özü üçün də sursat lazımdır axı. Təhlükə ilə üzbəüz qalmışdılar. İŞİD də elan etmişdi ki, qətliam edəcəklər. Kişiləri öldürəcək, qadınları da əsir götürəcəklər. Amirlidə cəm olub Təvəssül duası oxuyurdular. Son günlər İŞİD-in təzyiqi artmışdı və vəziyyətləri çox çətinləşmişdi ki, cənab Süleymani mənə zəng etdi. Dedi, Ayətullah Xamenei mənə əmr verib ki, ora gedim və mühasirə yarılmayınca geri qayıtmayım. Və o bunu etdi. Hətta orada səngərdə fəaliyyət göstərərkən zəng edib demişdi ki, gedin Hz.Məsumənin (s.ə) hərəmində bibiyə təvəssül edib deyin ki, şiələr burada təhlükədədilər, şiələrin qanı axmaqdadır. Belə əqidədə olan biri idi. Və onları qoruyub, mühasirəni yardı".
Allah Əhli-beyt əleyhimussalamın həqiqi davamçıları olan Hacı Qasimə və Əbu Mehdiyə rəhmət eləsin ki, daha böyük faciələrin yaşanmasının qarşısını aldılar. Müqəddəs hərəmləri qoruduqları zaman düşmən qarşısında dayanmalarının Əhli-beytin (ə) inayətilə olduğunu unutmayan bu İslam sərkərdələri, döyüş səngərindən müqəddəs hərəmlərdə onların qalib olmasını dua etmələrini xahiş edirdilər.

Vüsal Sadıxov

https://www.youtube.com/watch?v=b3uNogcClJM

Комментариев нет:

Отправить комментарий