Страницы

25.06.2021

Elçibəyə milli qəhrəman demək olarmı?

İbrahim Hümbətov

Sadəlöhv həmvətənlərimizin bəziləri hələ də Elçibəyi milli qəhrəman səviyyəsinə qaldıraraq mədh edirlər.
Elçibəy olsa-olsa Türkiyə xalqının milli qəhrəmanı ola bilər, Azərbaycan xalqının yox. Onun sayəsində Azərbaycan xalqı ac qalsa da milli sərvətlərini Türkiyə, ardınca da İsrail yedi.
Məhz onun vaxtında Azərbaycan xalqının adı dəyişdirilərək “türk”, dilimiz isə “türk dili” adlandırıldı. Elçibəy xalqçılıq əvəzinə radikal millətçilik yaydı. Bununla da etnoslar arasında narazılıq yaradıldı, talış və ləzgi separatizmi baş qaldırdı. Azərbaycan dağılmaq təhlükəsi ilə üzləşdi. Müharibədə bacarıqsızslığı və dövlət idarəçiliyindən baş çıxara bilməməsi Surət Hüseynovun qiyamı ilə nəticələndi, çoxlu nahaq qanlar töküldü.
Elçibəydən milli qəhrəman ola bilməz, çünki o ölkəmizdə milli ədavətin qızışdırılmasında böyük rol oynamışdır, qardaş qanı tökülməsinə baiskar olmuşdur.
Elçibəyin sayəsində biz Qarabağ müharibəsini uduzduq. Qarabağda bizə qarşı vuruşan erməni ordusunun komandirlərindən olan Monte Melkonyan deyirdi: “Elçibəy dünyada ən yaxşı adamdır. O bizim silah-sursatla təhcizatımızı günü-gündən çoxaldır Azərbaycan hərbi texnikasının bizim sərhədlərdə cəmlənməsi o deməkdir ki, tezliklə bu silah və texnika bizim əlimizə keçəcək! Elçibəy bu gün iki dövlət saxlayır: Azərbaycan və Arsax”.
44 günlük İkinci Qarabağ savaşı zamanı əsgərlərimizin başına yağan mərmilər məhz Elçibəyin sayəsində ermənilərin əlinə keçmiş mərmilər idi. Trofey kimi götürülmüş maşın və hərbi texnikanın da çoxu elə bizim köhnə maşınlarımız idi.
Təsəvvür etmək çətin deyil ki, bu adam bir az da hakimiyyətdə qalsaydı, xalqımızın başına daha hansı bəlalar gələcəkdi.
Gənc nəslin bir çox məsələlərdən xəbəri yoxdur. Yaşlı nəsil isə həmin ağrılı, üzücü günləri yaşayıb, ölkəmizin həmin dövrdə üz-üzə qaldığı təhlükənin miqyasını bələddir.
Xalqımız həmin müsibətləri heç vaxt unutmayacaq. Elçibəyin dövründə biz faktiki olaraq “milli aşağılanma” adlanan biabırçılığa düçar olmuşduq.
Və bir daha İlham Əliyevə “Çox sağ ol” deyək ki, bu ağır yükü çiyinlərimizdən götürdü...
















Комментариев нет:

Отправить комментарий